2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ukrayna Rusiyanın böyük desant gəmisinə raket zərbəsi endirdiyini bildirir

“Çox güman ki, bu, tamamilə bükülmüş bir növ “Milad hədiyyəsi” idi”

Dekabrın 26-da saat 02:30-da Ukrayna Hərbi Hava Qüvvələri Feodosiya limanından Rusiyanın Qara Dəniz Donanmasının “Novoçerkassk” böyük desant gəmisinə qanadlı raketlərlə zərbə endirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuki “Novorossiysk”
desant gəmisinin vurulduğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Oleşçukun sözlərinə görə, zərbə Ukrayna aviasiyası tərəfindən həyata keçirilib. “Hərbi Hava Qüvvələrinin pilotlarına və əməyi keçən hər kəsə təşəkkür edirəm”, – deyə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı yazıb.

Cənubi Ukrayna Müdafiə Qüvvələrinin Birgə Koordinasiya Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk qeyd edib ki, gəmidə belə güclü partlayışa təkcə yanacaq səbəb olmayıb. O bildirib ki, partlayış güclü və uzunmüddətli, yanğın isə irimiqyaslı olub.

N.Qumenyukun sözlərinə görə, belə böyük partlama təkcə gəminin yanacağı və ya sursatından qaynaqlanmır:

“Böyük desant gəmilərinin özəlliyi ondan ibarətdir ki, onlar indi düşmən tərəfindən demək olar ki, daimi olaraq logistika obyektləri, vacib yüklərin daşınması kimi istifadə olunur. Çox güman ki, bu, tamamilə bükülmüş bir növ “Milad hədiyyəsi” idi”.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat bildirib ki, Feodosiya limanındakı düşmən gəmisinə zərbə “böyük işdir”. O, gəmiyə zərbənin Hərbi Hava Qüvvələrinin taktiki aviasiya pilotları tərəfindən həyata keçirildiyini xatırladıb.

“Əməliyyat həm Silahlı Qüvvələr, həm də digər təhlükəsizlik orqanları tərəfindən planlaşdırılıb. Ehtimal ki, gəmi döyüş sursatı ilə məhv edilib”.

Rusiya Müdafiə Nazirliyi məlumatı təsdiqləyib və gəminin zədələndiyini vurğulayıb. Bundan əvvəl Rusiya tərəfindən ilhaq edilmiş Krımın rəhbəri Sergey Aksyonov Ukrayna Silahlı Qüvvələrinin (AFU) Feodosiya limanının ərazisinə hücumu barədə məlumat vermişdi. Onun sözlərinə görə, partlayış dayanıb və yanğın lokallaşdırılıb.

“Bütün müvafiq xidmətlər yerində işləyir. Bir neçə evin sakinləri çıxarılacaq”, – Aksyonov yazıb. Amma itkilər barədə məlumat verilmir.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button