2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Ukrayna təyyarəsini İran vurub?

Yanvarın 8-də Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna sərnişin təyyarəsini İran hərbi hava qüvvələrinin səhvən raketlə vurduğuna dair iddialar ciddiləşir. Qərb mediasının müxtəlif mənbələrə istinadla yaydığı bu məlumatı artıq rəsmi şəxs olaraq Kanadanın baş naziri Castin Trüdo da iddia edib. O, mətbuat konfransında bildirib ki, təyyarəni İranın vurduğuna dair əllərində kəşfiyyat məlumatları var:

justin trudeau press conference 2020 ile ilgili görsel sonucu

“Bizim müttəfiqlərimizin və özümüzün kəşfiyyatı da daxil, bir neçə mənbədən kəşfiyyat məlumatlarımız var. Sübutlar göstərir ki, təyyarə yer-göy raketi ilə vurulub”.

Saytların yığılması Saytlarin yigilmasi

Trüdo əlavə edib ki, təyyarənin raketlə vurulması “qeyri-ixtiyari” də ola bilər.

Xatırladaq ki, Tehrandan Kiyevə uçan təyyarədə 176 nəfər olub və hamısı ölüb. Onların 82-i İran, 63-ü Kanada, 11-i Ukrayna, 10-u İsveç, 4-ü Əfqanıstan, 3-ü Almaniya, 3-ü Böyük Britaniya vətəndaşları olub.

Ukrayna təyyarəsinin qəzaya düşdüyü ərazi, İran, 8 yanvar, 2020
Təyyarənin düşdüyü ərazi
"Borispol" hava limanı-Kiyev
“Borispol” hava limanı, Kiyev

İran tərəfi isə təyyarənin vurulması iddiasını rədd edir.

Mediada təyyarənin düşdüyü ərazidə 2 yer-göy raketinin qalıqlarının tapıldığına dair foto ilə xəbərlər də yayılıb. ABŞ kəşfiyyatı da bildirib ki, hadisədən qısa müddət öncə orada havaya 2 raketin buraxıldığını qeydə alıb. Raketlər “Tor” zenit-raket kompleksindən buraxılıb. İraq kəşfiyyatındakı mənbə də bunu təsdiqləyib.

Görüntünün olası içeriği: açık hava
Görüntünün olası içeriği: ayakkabılar ve açık hava

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button