2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Ukraynadan Zaxarovadan ABŞ-a xəbərdarlıq

2023-08-01 17:40:57

class=”mediyanet-inline-adv”>

Rusiya Müdafiə Nazirliyi paytaxt Moskvaya pilotsuz təyyarələrlə hücum edildiyini və hücumun arxasında Ukraynanın olduğunu iddia edib.

Saytların yığılması Saytlarin yigilmasi

Hücumların hədəfi olan Moskvada bir binaya 2 gün ərzində ikinci dəfə pilotsuz təyyarə ilə hücum edilib, sözügedən binanın 21-ci mərtəbəsi zərər görüb.

Pilotsuz təyyarə hücumlarından sonra Rusiyadan yeni açıqlama gəlib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verdiyi yazılı açıqlamada bu hücumların Ukrayna ordusu tərəfindən həyata keçirildiyini və ABŞ-ın Ukraynaya dəstək verdiyini bildirib. Pilotsuz təyyarələrin hücumlarının ABŞ-ı riskə atdığını deyən Zaxarova deyib: “Zelenski mülki infrastrukturlara terror hücumları həyata keçirməklə Vaşinqtonu təhlükə qarşısında qoyur. Bayden “terrorun dövlət sponsoru” anlayışı ilə öz tələsinə düşür. Bu Zelenskiyə niyə lazımdır? Birincisi, ona görə ki, o, belədir. O, kökündən çürükdür və qaranlıq tərəfə xidmət edir. İkincisi, o, Ağ Evi şantaj edir ki, Ukraynaya daha çox yardım etsin”.

2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərini xatırladan Zaharova, “Terror məsələsi daha çox Amerika liberalizmi ilə əlaqələndiriləcək” dedi.

Zaxarova bildirib ki, bu vəziyyət ABŞ seçkilərinə təsir edə bilər.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button