2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ukraynanın Rusiyanın kəşfiyyat təyyarələrini vurduğu deyilir

Zalujni faktı təsdiqləyib, Peskov medianı dəqiqləşdirməyə çağırır

Yanvarın 14-də axşam saatlarında Ukrayna Hərbi Hava Qüvvələrinin Azov dənizi üzərində Rusiyanın A-50 kəşfiyyat təyyarəsini vurduğu bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı  Valeri Zalujnı isə Rusiya Hərbi Hava Qüvvələrinin A-50 və İl-22 təyyarələrini məhv edildiyini təsdiqləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Valeri Zalujnı “Telegram” kanalında yazıb.

Hadisənin yerli vaxtla saat 21:10-21:15 radələrində (Moskva vaxtı ilə 22:10-22:15) Zaporojye vilayətinin Kirillovka ərazisində baş verdiyi qeyd olunub.

Valeri Zalujnı. Foto: “Telegram”

Həmçinin media mənbələri bildiriblər ki, Ukrayna hərbçiləri yanvarın 14-də saat 21:00 radələrində Xerson vilayətinin Strelkovoye bölgəsində 75106 nömrəli İl-22M11 hava komandanlığını vurub.

Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yuri Misyagin bildirib ki, İl-22M Kerç bölgəsində enməyə başlayandan sonra radarlardan itib.

Rusiya Müdafiə Nazirliyi təyyarələrin vurulması barədə məlumat yaymayıb.

Kremlin rəsmisi Dmitri Peskov medianı yayılan xəbərləri MN-dən dəqiqləşdirməyə çağırıb.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button