2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ülvi Həsənli: Bizə olan münasibət hərbi əsirlərə olan münasibətdən daha pisdir

“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli ictimaiyyətə  məktub ünvanlayıb.

Toplum TV “Abzas Media”-nın sosial media hesabına istinadən xəbər verir ki, məktub ötən ilin son günlərində yazılsa da, ailələrlə görüşə qadağa qoyulduğuna görə, onu yalnız indi əldə etmək mümkün olub.

Ülvi Həsənli məktubunda “Abzas Media”nın həbsxanadakı əməkdaşlarının tam təcrid olunduqlarını bildirib:

Saytların yığılması Saytlarin yigilmasi

“Biz – Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Hafiz Babalı, Məhəmməd Kekalov və mən tam izolyasiyadayıq. Ailələrimizlə nə telefon danışığına, nə də görüşə imkan verilir. Hətta vəkillərimizə, Ombudsmana zəng etməyə, yaxınlarımıza məktub yazmağa belə qadağa var. Ailələrimizdən gələn kitabları da bizə vermirlər. Əllərində olsa yaxınlarımızın gətirdiyi bir tikə çörəyi də buraxmazlar. Sadəcə aclıq etməyimizi heç istəmirlər deyə hələlik yeməyimizə dəymirlər”.

Ülvi Həsənli hökumətin onlara  münasibətinin hərbi əsirlərə münasibətindən daha kəskin olduğunu qeyd edib:

“Onlara heç olmasa ayda bir dəfə ailələri ilə telefon danışığına şərait yaradılır, bizə isə heç o da yoxdur. Bunun səbəbi aydındır. Hökumət azad jurnalistlərə, tənqidçilərə, həqiqəti dilə gətirənlərə nifrət edir, düşmən münasibəti göstərir. Amma belə olmamalıdır. Hökumətdəkilər başa düşməlidir ki, tənqidin, azad sözün qarşısını tam almaq mümkün deyil. Haqq incələr, amma üzülməz”.

“Abzas Media” jurnalistləri ötən ilin sonunda xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunublar. Onlar xarici donorlardan “qanunsuz” pul almaqda təqsirləndirilirlər.

Jurnalistlər ittihamları rədd edirlər və həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button