2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ülvi Mehdiyev: “Heydər Əliyev aqrar ölkəni ciddi sənaye ölkəsinə çevirməyi bacardı”

“Heydər Əliyev aqrar ölkəni ciddi sənaye ölkəsinə çevirməyi bacardı”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Peşəkar 100 il” İdarəçilik Marafonu adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin atdığı möhkəm təməl üzərində qurulan güclü Azərbaycan bu gün ərazi bütövlüyünü tam bərpa edib: “Biz Ulu Öndərin həyatı və siyasi fəaliyyətini təhlil edərkən onun Azərbaycan üçün necə böyük işlər gördüyünü təsəvvür edə bilərik. Heydər Əliyev sadəcə aqrar ölkəni ciddi sənaye ölkəsinə çevirməyi bacardı. Onun Azərbaycana rəhbərliyi dövrlərində bunu etməyin nə qədər çətin olduğunu hər birimiz təxmin edirik. Bu isə onun idarəetmə fenomenliyini ortaya çıxarır. Biz fəxr edə bilərik ki, bu gün regiondakı bütün beynəlxalq layihələr birabaşa Azərbaycanın istəkləri nəzərə alınmadan həyata keçirilə bilmir. Bütün bunlar Azərbaycanın gücündən və qüdrətindən xəbər verir”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button