2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

UNESCO rəsmisi Bakıda keçirilən “MİNEPS VII” konfransını tarixi adlandırıb

“Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin 7-ci Beynəlxalq Konfransı (MINEPS VII) tarixi əhəmiyyət kəsb edir”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin 7-ci Beynəlxalq Konfransının (MINEPS VII) yekunlarına həsr olunan edilmiş mətbuat konfransında deyib.

Q.Ramos qeyd edib ki, tədbirin əhəmiyyəti koronavirus pandemiyası nəticəsində idmanda yaranmış problemləri aradan qaldıra biləcək mexanizmlərin hazırlanması olub:

“Dünyada gənclərin təxminən 80%-i kifayət qədər fiziki fəaliyyət göstərmir”, – Q. Ramos bildirib.

O qeyd edib ki, “Fit for life” təşəbbüsünü həyata keçirmək üçün 120-dən çox ölkədən nazirlər inklüzivlik istiqamətində fəaliyyətini davam etdirəcəklər:

“Bu təşəbbüsün həyata keçirilməsi planı beynəlxalq və milli olaraq bölünür, lakin birgə səylərlə hazırlanır. Amma münaqişələrin olduğu qaynar nöqtələrdə belə təşəbbüsləri həyata keçirmək çətindir. Amma idman belə hallarda, məsələn, Kolumbiyada olduğu kimi, münaqişə tərəfləri arasında idman oyunları keçirməklə də sizin xeyrinizə istifadə edilə bilər”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button