2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Uyğurların problemi yenidən qabardılır:Çin polisinin pasport qadağası onları radikallaşdıra bilər – TƏHLİL

Qeri Sends

Eurasianet.org. 

Etnik uyğurlar – türk qrupu dilində danışan və İslama etiqad edən xalq – Çində əsasən etiqad azadlığı sahəsində çoxdan məhdudiyyətlərlə üzləşirlər. Hökumət keçən payızda isə onların yerdəyişmə azadlığını məhdudlaşdırmaqla yeni qaydalar tətbiq edib. ÇXR-in qərbindəki Sinszyan sakinləri indi öz pasportlarını “saxlanmaq” üçün polisə təhvil verməlidirlər.

Saytların yığılması Saytlarin yigilmasi

BBC xəbər verir ki, əyalət sakinləri nə vaxt harasa getmək lazım gələndə pasportun qaytarılması üçün izacə almalı olurlar.

Məlumata görə, bəzən uyğurlara pasportu verməkdən imtina edirlər. Hazırda Sinszyan əhalisinin, təxminən, 45%-ni təşkil edən uyğurları həmçinin digər əziyyətli prosedurlardan keçməyə məcbur edirlər. Məsələn, polis iyulda Yili sakinlərinə səfərqabağı sənədləşmədən öncə DNT nümunəsi verməyi əmr edib. Həmçinin sakinlərdən qan nümunəsi götürür, barmaq izlərinin şəklini çəkir, səslərini yazır və 3D şəkilləri çəkirlər.

Görünür, Çin hökuməti Sinszyan sakinlərini pasportları təhvil verməyə məcbur edib uyğur yaraqlılarının hərəkətlənməsini izləmək üçün öz imkanlarını genişləndirməyə ümid edir. Bölgədə dövr edən təsdiqlənməmiş məlumatlara əsasən, son bir neçə ildə Sinszyanda və Çinin başqa bölgələrində bir sıra həmlələr həyata keçirmiş yaraqlılar əvvəllər Pakistanda və Mərkəzi Asiya dövlətlərində hazırlıq keçiblər.

Çin ərazisində son böyük hücum 2015-ci ilin sentyabrında baş verib – bir dəstə kişi bıçaqla kömür şaxtasının dincələn fəhlələrinə həmlə edərək  45 fəhlə və 5 polisi qətlə yetirib. 2014-cü ildə Urumçidə kamikadzenin törətdiyi və ən azı, 39 nəfərin həyatını aparmış partlayış daxil olmaqla tam bir silsilə hücumlar baş verib. Həmçinin Quançjou və Kunmində dəmiryol stansiyalarında bıçaqla hücumlar baş verib.

Avqustda Bişkekdə Çin səfirliyinin yanında partlayış baş verib və bunn həyata keçirilməsində uyğur yaraqlılarından şübhələnirlər. Lakin rəsmi təhqiqat hələlik başa çatmayıb.

Çin hökuməti bu zorakılıq aktlarının təşkilində islam yaraqlıları və separatçıları ittiham edir. Məmurların sözlərinə görə, onlar (Mərkəzi Asiya ölkələrindəki kimi) Şərqi Türküstan və yaxud Uyğurstan adlı müstəqil dövlət yaratmağa çalışırlar. Şərqi Türküstan Respublikası artıq iki dəfə – 1931-1934 və 1944-1949-cu illərdə mövcud olub, lakin sonradan Mao Tszedun Çin Xalq Azadlıq Ordusunun başında olmaqla bölgəyə nəzarəti Pekinə qaytarıb. 1955-ci ildə Sinszyana muxtar rayon statusu veriblər ki, ərazinin türkdilli əhalisinin qismən rəğbətini qazansınlar.

Uyğur millətçiləri çoxdan bildirirlər ki, Pekinin bölgəyə münasibətdə siyasəti ayrı-seçkiliyə əsaslanır və onların özünəməxsus mədəni eyniyyətini təhdid edir. Xanlılar əvvələr Sinszyanda azlıq təşkil edirdilər. Mao Tszedun 67 il əvvəl hakimiyyətə gələndə müsəlman uyğurlar bu bölgə əhalisinin 85%-ni təşkil edirdi, indi isə uyğurların “qeyri-leqal iqtisadi mühacirlər” dediyi xanlıların axını nəticəsində etnik azlıq olublar.

ÇXR prezidenti Si Szinpin xanlıların Sinszyana, həmçinin uyğurların Çinin başqa rayonlarına köçünü dəstəkləyir.

Dil və dini məhdudiyyətlər daxil olmaqla ayrı-seçkilik, həmçinin iqtisadi sıxışdırmalar uyğurlara özlərini Çinin tamdəyərli vətəndaşı kimi hiss etməyə mane olur. Bu yaxınlarda tələbələrə Ramazan ayında oruc tutmağı qadağan edib, həmçinin uşaqlar üçün dini təhsilə və uyğur dilində təhsil almağa qadağa qoyublar. Bundan başqa, qədim Böyük İpək Yolunun tərkibindəki Kaşqar şəhərində müasir binaların inşasına görə qədim tarixi rayonları söküblər ki, bu da yerli sakinləri qəzəbləndirib.

Bəzi hüquq müdafiəçiləri hesab edir ki, bütün bu hadisələr bəzi uyğurları zorakılığa itələyərək onların radikallaşmasına şərait yaradır. Duruma xeyli amillər təsir etsə də, uyğurlara münasibətdə tətbiq edilmiş yerdəyişmə azadlığına məhdudiyyətlər, çox güman ki, onları daha çox məyus edəcək.

Bununla belə, bu tədbirlərin yaraqlıların fəaliyyətinin qabağını alacağı az ağlabatandır. Sinszyanda dayanıqlı sabitliyə ancaq yerli əhalinin narazılıq səbəblərini aradan qaldırmaqla nail olmaq mümkündür.  

Tərcümə Strateq.az-ındır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button