2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vəkilinə Məhəmməd Kekalovla görüşməyə, danışmağa imkan verilmir

“Mənə onun başqa vəkili olduğu bildirilir”

İctimai fəal Məhəmməd Kekalova vəkili ilə görüş izni verilmir, onun başqa vəkilinin olduğu deyilir.

Bu barədə ictimai fəalın vəkili Rövşanə Rəhimli məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, o, sonuncu dəfə Məhəmməd Kekalovla bağlı 102-yə gecə saat 01:52 radələrində müraciət edib. Xahiş edib ki, şikayətini təkrar qeydə alsınlar:

Bu gün isə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev mənə onun cinayət məsuliyyətinə cəlb edildiyini və başqa vəkili olduğunu bildirdi. Halbuki onun vəkili mənəm və bu barədə aidiyyatı qurumları rəsmi şəkildə məlumatlandırmışam”.

İctimai fəal Məhəmməd Kekalov noyabrın 20-də evindən mülki geyimli polis əməkdaşları tərəfindən aparılıb. Vəkili və ailəsi iki gün ərzində ondan məlumat ala bilməyib. Onun işgəncəyə məruz qaldığı ehtimal edilir.

Noyabrın 22-də DİN sözçüsü Elşad Hacıyev Meydan TV-yə Məhəmməd Kekalovun məsuliyyətə cəlb edildiyini bildirib. Lakin onun harada olması, hansı cinayət işi üzrə məsuliyyətə cəlb edilməsi barədə suala cavab verməyib.

Foto: Məhəmməd Kekalovun şəxsi arxivindən

Rövşanə Rəhimli bildirir ki, Məhəmməd Kekalovun hüquqlarının müdafiəsi üçün ailəsi onunla müqavilə bağlayıb:

“Elşad Hacıyevlə danışandan sonra mən müvəkkilimin ailəsi ilə yenidən əlaqə saxladım. Onların yeni vəkil məsələsindən xəbərləri yoxdur”.

Vəkilin dedikləri ilə bağlı Daxili İşlər Nazirliyindən açıqlama almaq mümkün olmayıb.

Noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Bir gün sonra, noyabrın 21-də isə “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı Azərbaycana qayıdarkən hava limanında saxlanılıb. Ona qarşı da eyni ittiham irəli sürülüb. Hər ikisinin evində, həmçinin “AbzasMedia”nın ofisində axtarış aparılıb. Media qurumunun ofisindən 40 min avro tapıldığı iddia edilib.

Sevinc Vaqifqızı açıqlamasında bildirib ki, ofisdə 40 min avro olması mümkün deyil, oradan tapsalar, yalnız bir qazan dadlı yemək tapa bilərlər.

Ülvi Həsənli və Sevinc Vaqifqızı noyabrın 21-də Xətai rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs ediliblər. Onlar ölkəyə qanunsuz yolla pul gətirməkdə təqsirli bilinirlər. Təqsirləri sübuta yetirilərsə, onları Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səkkiz ilədək həbs cəzası gözləyir.

Hər ikisi bu ittihamı rədd edir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.

Beynəlxalq təşkilatlar da Azərbaycan hakimiyyətinə müraciət edərək, azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər. Baş verənləri mediaya qarşı “qisas” adlandırıblar.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button