2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətXəbərlər

Vəkil Əli Kərimlinin mühafizəçisi ilə görüşməyə imkan verilmədiyini deyir

Bakı/27.09.21  AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun vəkili onunla görüşünə icazə verilməyib.

Bu barədə vəkil Zibeydə Sadıqova Turana  bildirib.

“İxtisaslaşdırılmış Müalicə Müəssisəsi bəhanə etdi ki, Penitensiar Xidmətdən məktub almalıyam. Penitensiar Xidmət isə Niyaməddinin Covid-19 virusuna görə görüşməyə icazə verilmədiyini dedi.  Hətta bildirdim ki, telefonla danışığım təmin edilsin. Buna da imkan verilmədi”.

Saytların yığılması Saytlarin yigilmasi

Ailəsinin Niyaməddin Əhmədovun durumundan narahat olduğunu deyən vəkil, valideynlərinin ondan neçə gündür bir məlumat ala bilmədiklərini də əlavə edib:

“Niyaməddin Əhmədovun 15 may 2020-ci ildən bu günə kimi telefonla danışmaq hüququ təmin edilməyib”.

Bu məsələ ilə bağlı Penitensiar Xidmətdən hələlik  münasibət almaq mümkün olmayıb.

AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğu bildirilən Niyaməddin Əhmədov ötən il aprelin 16-da İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejiminin pozulması) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə 30 gün həbs edilib.

Mayın 16-da, həbsdən azad edilməli olan gündə isə ona qarşı cinayət məcəlləsinin (CM) 214-1-ci (terrorizmin maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə açıqlamasına əsasən, Almaniyada sığınacaq almış Azərbaycan vətəndaşı Habil Məmmədov terror aktlarının hazırlanması məqsədilə Niyaməddin Əhmədova pul göndərib. AXCP-də bu ittihamları qondarma və siyasi motivli adlandırıblar. Habil Məmmədov da ittihamı yalanlayıb.

Bu günlər Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək Niyaməddin Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.-16d-

 

Mənbə:Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button