2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vəkil Araz Əliyevin yerini tapa bilmir

Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Ombudsman Aparatına məlumat verilib

Yeni yaranan “III Respublika” Platformasının Qurucu Heyət üzvü, eyni zamanda NİDA Vətəndaş Hərəkatının üzvü Araz Əliyevdən bir sutkaya yaxındır ki, xəbər yoxdur.

Onun yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, sonuncu dəfə Araz Əliyevlə dekabrın 23-də axşam saat 18 radələrində əlaqə olub. O vaxtdan ondan heç bir xəbər almaq mümkün olmayıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Nə telefonuna zəng çatır, nə də harada olmasıyla bağlı dövlət orqanlarına edilən müraciətlərə konkret cavab verilir”.

Araz Əliyevin ailəsi onun hüquqlarını qorumaq üçün vəkil Nemət Kərimli ilə müqavilə bağlayıb.

Vəkil Nemət Kərimli
Foto: Nemət Kərimlinin şəxsi arxivindən

Vəkil Meydan TV-yə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin yerini tapmaq üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Ombudsman Aparatına məlumat verilib:

“Lakin hələ ortada nəticə yoxdur. Nəsimi rayonu, 22-ci polis bölməsindən zəng eləyib maraqlandılar. Araz Əliyevi tanışları sonuncu dəfə Nəsimi rayonu ərazisində görüb. Keçmiş “Nəsimi bazarı” adlanan ərazidə görüşü olub. Ondan sonra xəbər yoxdur”.

Vəkil əlavə edib ki, şəxs saxlanılıbsa, qanuna görə, bu barədə dərhal yaxınlarına məlumat verilməli, ailəsinin müqavimə bağladığı müdafiəçi işə buraxılmalıdır.

“III Respublika” Platdormasının spikeri Akif Qurbanov Araz Əliyevin tutulduğunu və bunun yeni yaradılan təşkilatla əlaqəli olduğunu ehtimal edir.

“Buradan hakimiyyətə müraciət edirəm. Nə iddianız varsa, buyurun, rəsmi irəli sürün, gəlib bütün suallarınıza cavab verim. Nə zaman hansı hüquq-mühafizə orqanına çağırsanız, ora da gəlməyə hazıram. Araz Əliyevi buraxın. III Respublika Platforması Qurucu Heyəti təşkilatın fəaliyyətini koordinasiya etmək səlahiyyətini spiker olaraq 1 illik mənə həvalə edib. Ona görə də nə iddianız varsa, mənə ünvanlayın. Bütün məsuliyyəti daşımağa hazıram. Araz Əliyevi rahat buraxın”, – Akif Qurbanov sosial şəbəkə hesabında yazıb.

Akif Qurbanov. Foto: Meydan TV

O, özünün də təqib altında olduğunu bildirib. Onun sözlərinə görə, dekabrın 23-də axşam saatlarından izlənilir:

“Oturduğum kafedən çıxaraq vəkilim, jurnalistlər və ictimai fəalların müşayiətilə evə gələrkən izləndiyimi hər kəs gördü”.

Araz Əliyevin yerinin məlum olmaması və Akif Qurbanovun izlənməsi barədə deyilənlərə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Araz Əliyev həm də Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetinin müəllimidir.

Dekabrın 7-də bir qrup ictimai-siyasi fəal III Respublika Platforması adlı siyasi təşkilat yaratdıqlarını elan edib. Həmin gün Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ili tamam olurdu.

Platformanın Qurucu Heyət üzvləri arasında Akif Qurbanov və Araz Əliyevlə yanaşı, iqtisadçı Rövşən Ağayev, hüquqşünas Səməd Rəhimli, siyasətçilər Yadigar Sadıqlı, Elman Fəttah, Ruslan İzzətli də var.

Platformanın şüarı belədir: “Tək Adama deyil, Hüquqa itaət edirik!”

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button