2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vəkil İlqar Məmmədovla görüşüb

Yanvarın 9-da vəkil Cavad Cavadov 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan REAL Hərəkatının sədri İlqar Məmmədovla görüşüb. Bu haqda Turan-a REAL Hərəkatının icra katibi Natiq Cəfərli məlumat verib.

N.Cəfərlinin sözlərinə görə, İ.Məmmədovun sağlıq durumu qaydasındadır. Bir müddət öncə soyuqdəyməsi olub, hazırda durumu yaxşıdır.

Vəkil ilə görüş isə Avropa Şurası Nazirlər Komitəsinin yanvarın 12-də keçiriləcək iclası ilə bağlı olub. İ.Məmmədov vəkili ilə bu iclasa hazırlıq məsələlərini müzakirə edib.

Saytların yığılması Saytlarin yigilmasi

N.Cəfərli  deyib ki, Avropa Şurası Nazilər Komitəsinin yanvarın 12-də keçiriləcək iclasında İ.Məmmədovun məsələsinin müzakirə ediləcəyi gözlənilir.

REAL Hərəkatının rəhbəri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə isə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il 20 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu bəyan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button