2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılov barədə sənədli filmin təqdimatı olub

Salyanda Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Sübhan Cəbrayılovun haqqında çəkilmiş “Qoruyucu mələklər” sənədli filminin təqdimatı keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Aran bürosunun məlumatına görə, təqdimatdan öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

35 dəqiqəlik filmdə Sübhan Cəbrayılovun keçdiyi döyüş yollarından xronikalar, doğmalarının, silahdaşlarının xatirələri, müharibə zamanı lentə alınan görüntülər əksini tapıb.

Qeyd edək ki, 1983-cü ildə Salyan rayonunun Marışlı kəndində doğulan Sübhan Cəbrayılov əfsanəvi taborun tərkibində 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq göstərib.

O, Suqovuşanın, Füzulinin, Hadrutun, Cəbrayılın, Zəngilanın və Qubadlının azad olunmasında iştirak edib. “Cəbi” ləqəbi ilə tanının qəhrəman oktyabrın 19-da Qubadlıda gedən döyüşlərdə snayper gülləsi ilə şəhidlik zirvəsinə ucalıb.

Nəşi neytral zonadan çıxarıldıqdan sonra doğulduğu gün – oktyabrın 23-də yaşadığı Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Sübhan Cəbrayılov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına, “Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button