2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vaqif Xaçatryanın apellyasiya şikayəti təmin edilmədi

Xocalı rayonunun Meşəli kəndində qətliam törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə növbəti məhkəmə işi baş tutub. 

Toplum TV xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Belə ki, apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Meşəli qətliamı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Vaqif Xaçatryan ötən ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ötən ilin noyabrın keçirilmiş məhkəmə iclasında Vaqif Xaçatryana hökm oxunub. 

Hökmə əsasən, Xaçatryan 15 il müddətinə azadlıqdan məhrum olunub.

Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button