2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Vaqner lideri Priqojindən səsli mesaj: Tezliklə yeni qələbələr görəcəksiniz

2023-07-03 22:30:16

Keçən iyun ayında Rusiyada qısa üsyan qaldıran rus muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojin sosial şəbəkədə səsli mesaj yayımlayıb. Priqojin rus xalqına müraciət edərək, “Bizim buna hər zamankindən daha çox ehtiyacımız var. Bu dəstəyə görə təşəkkür edirik” deyib.

Paytaxt Moskvaya doğru başlatdıqları silahlı irəliləyişi “ədalət yürüşü” olaraq xarakterizə edən Priqojin, “Bizim ədalət yürüşümüz xainlərlə mübarizə və cəmiyyəti səfərbər etmək məqsədi daşıyırdı. Düşünürəm ki, bunda böyük ölçüdə uğur qazandıq”.

Saytların yığılması Saytlarin yigilmasi

Vaqnerin ləğv edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandıran Priqojin “Əminəm ki, yaxın gələcəkdə cəbhədə bizim yaxın qələbələrimizi görəcəksiniz” deyərək Vaqnerin fəaliyyətinin davam edəcəyinə işarə edib.

VAQNERİN ÜSYANI

Rusiyanın Ukraynaya qarşı müharibəsində fəal iştirak edən muzdlu dəstənin lideri Priqojin iyunun 23-də Rusiya ordusunun Vaqner düşərgələrinə hücum etdiyini bildirərək üsyana başlayıb və Rusiya Müdafiə naziri Şoyqu və Rusiya Baş Qərargah rəisi Gerasimov əmr verib. Vaqner əsgərlərinin məhv edilməsinə dair əməliyyatlar təşkil etdiyini iddia etdi “Vaqner” döyüşçüləri Ukraynanı tərk edərək, Ukrayna sərhədində Rusiyanın Rostov vilayətinə daxil olublar. Priqojin Moskvaya gedəcəklərini açıqlayıb və Kreml administrasiyası ölkənin bir çox yerində təhlükəsizlik tədbirlərini gücləndirib.

Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Priqojin Rusiyada gərginliyi azaltmağa razılaşıb və qoşunlarını geri çəkib. Lukaşenko Priqojinin Belarusda olduğunu açıqlayıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button