2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vaşinqton Navalnının Federel Təhlükəsizlik Xidmətinin əməkdaşına dəyişdirilməsilə bağlı danışıqlar barədə məlumatları şərh etmir

Bazar ertəsi Dövlət Departamenti müxalifətçi Aleksey Navalnının Federel Təhlükəsizlik Xidmətinin əməkdaşı,  çeçen səhra komandirinin qətlinə görə Avropada həbs edilmiş Vadim Krasikov ilə mümkün mübadiləsi barədə məlumatları şərh etməyib.

“Mən daxili müzakirələr haqda və ya xaricdə saxlanılan adamların azad edilməsilə bağlı işimizdən danışmayacağam”,- mətbuat katibi Metyü Miller brifinqdə jurnalistlərin təzyiqi altında bildirib.

Bazar ertəsi Navalnının müttəfiqi YouTube-da  video yerləşdirib. O bildirib ki, mübadiləyə dair danışıqlar bir neçə ay ABŞ və Almaniyanın iştirakı ilə aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Mən qanunsuz saxlanılan amerikalıların və ya bütün dünyada saxlanılan digər şəxslərin azad edilməsinə nail olmaq üçün apardığımız iş barədə söhbətlərimizi diplomatik tərəfdaşlarımızın heç biri ilə müzakirə etmək fikrində deyiləm”, – Miller Turan-ın müxbirinin sualına cavabda deyib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button