2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vaşinqtonda Ermənistanın hərbi təxribatlarına qarşı etiraz aksiyası keçirilib

Vaşinqtonda yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına qarşı etiraz aksiyası keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un ABŞ bürosu xəbər verir ki, soydaşlarımız əllərində Azərbaycan və Türkiyə bayraqları, ingilis dilində şüarlar yazılmış plakatlarla Ermənistanın ABŞ-dakı səfirliyinin binasının önündə toplaşıblar.

Aksiya iştirakçıları “Qarabağ Azərbaycanındır”, “Ermənistan əsgəri Azərbaycan torpaqlarını tərk etməlisən!”, “Ermənistan müharibə cinayətkarıdır”, “Müharibəyə son” şüarları səsləndirib, Ermənistan qoşunlarının Azərbaycanın işğaldan azad olunmuş tarixi torpaqlarında çıxmasını tələb ediblər.

Şüarlarda bölgədə sülhün bərqərar olmasına əngəllər yaradan Ermənistanın dünya ictimaiyyəti tərəfindən qınanılması tələb olunub.

İki saat davam edən aksiya zamanı ABŞ polisi həmvətənlərimizin təhlükəsizliyini qoruyub. Aksiya insidentsiz başa çatıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button