2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Vladimir Putin: Rusiya KQB-sindən Ukrayna müharibəsinə gedən yol

Bununla belə, bir zamanlar az tanınan bu keçmiş KQB işçisi Kremlə təsadüfən seçilib: sadəcə olaraq, lazımi anda lazımi yerdə sələfi Boris Yeltsinin yaxın çevrəsində olmaqla.

Vladimir Putin gənclik illərini kommunist Leninqradda kommunal mənzildə və ya “kommunalka”da keçirən və küçə döyüşlərində iştirak edən bir oğlan idi.

Saytların yığılması Saytlarin yigilmasi

NATO-ya olan dərin nifrətilə yanaşı o, tez-tez öz hərəkətlərini tarixin təhrif olunmuş versiyasına istinad edərək əsaslandırır.

Ukraynaya hərbi müdaxiləyə qədər və sonra Putin yalandan Ukraynanın neonasistlərin məskunlaşdığı süni dövlət olduğunu iddia etdi. Və Ukraynanın NATO ilə yaxınlaşmasının qarşısını almağa başladı.

Onu ən yaxşı tanıyan Qərb liderlərindən biri Almaniyanın keçmiş kansleri Angela Merkel idi. O, bir zamanlar Putini “reallıqdan uzaqlaşmış və başqa bir dünyada yaşayan adam” adlandırmışdı.

Merkel dəfələrlə onunla danışıqlar aparmağa çalışmışdı. Kiyevə girmək üçün qoşun göndərməsindən sonra isə o, Putin haqqında belə qənaətə gəldi: “Avropanı məhv etmək istəyir”.

Vladimir Putin İkinci Dünya müharibəsinin başa çatmasında yeddi il – böyük qardaşının ölümü və valideynlərinin güc-bəla ilə sağ qalmasına səbəb olan Leninqrad mühasirəsindən sonra – anadan olub.

O, həyatının qalan hissəsinə təsir edəcək ağır uşaqlıq keçirib.

O, 2000-ci ildə verdiyi müsahibəsində yaşadığı yataqxananın pilləkənində böyük bir siçovulu küncə sıxışdırdığını xatırlayır.

Qaçmağa yeri yox idi. Putin siçovulun özünü ona necə çırpdığını təsvir edib: “Oradaca küncə sıxışdırılmaq sözünün mənası ilə bağlı tez və uzunömürlü dərs aldım”.

Gənc Putin tez-tez daha iri və güclü olan yerli oğlanlarla dava edirdi. Sonralar həmin vaxtı xatırlayıb özünü “xuliqan” kimi qələmə verirdi.

O, prezidentliyi dövründə qara kəmər ustası kimi davam etdirdiyi cüdo ilə yanaşı, rus döyüş sənəti sambo ilə məşğul olub və uşaqlıq dostları Arkadi və Boris Rotenberqlə yaxınlığını davam etdirib.

2015-ci ildə, o, indiki Sankt-Peterburqun küçələrindəki erkən təcrübələrini belə təsvir edib: “Əlli il əvvəl Leninqrad küçələri mənə bir qayda öyrətdi: döyüş qaçılmazdırsa, ilk yumruğu sən vurmalısan!”

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button