Loading...
Loading...
Texnologiya

Whatsapp Android və iOS-də 2 GB-a kimi faylların göndərilməsini test edir

    Məşhur Whatsapp messencerinin istifadəçiləri hal hazırda bir-birilərinə yalnız 100 MB həcmində fayllar göndərə bilirlər. Lakin yaxın zamanda bu limit daha da yüksəldiləcək. Belə ki, məşhur messencerin beta versiyasının bəzi istifadəçiləri Android iOS-də yüksək həcmli faylları göndərmək imkanını əldə ediblər. Verilmiş məlumata əsasən Argentinada yaşayan istifadəçilər Whatsapp daxilində 2 GB-a kimi olan faylları göndərmək imkanına sahib olublar. Məlumdur ki, söhbət, Whatsapp-ın Android üçün olan 2.22.8.5, 2.22.8.6, 2.22.8.7 və iOS üçün olan 22.7.0.76 nömrəli beta versiyalarından gedir. Sözügedən faydalı imkanın hələ test mərhələsində olduğuna görə onun hamı üçün nə zaman istifadəyə veriləcəyi bilinmir.

    Bundan əlavə olaraq sözügedən imkan yalnız məhdud sayda istifadəçilər üçün aktivləşdirilə bilər. Lakin əgər messencer bu imkanı hamıya təqdim etsə, ona böyük tələbat olacaq. Smartfon kameralarının keyfiyyətləri yüksəldikcə, onların vasitəsilə çəkilən fotoların həcmləri də yüksəlir. Buna görə də bu cür yüksək həcmli faylları ənənəvi üsullar vasitəsilə göndərmək heç də rahat olmur. Whatsapp-da yüksək həcmli faylların göndərilməsi funksiyasının dəstəklənməsi isə öz növbəsində bu problemi aradan qaldıra bilər. Bu funksiyanın istifadəyə veriləcəyi halda istifadəçilərin göndərmək istədikləri faylları ilkin keyfiyyətdə göndərə bilib-bilməyəcəkləri məlum deyil. Belə ki, hal hazırda messencer göndərilən faylları sıxışdırmaqla məşğuldur. Bu isə öz növbəsində faylların keyfiyyətlərini aşağı salır.

24 saat” “Whatsapp Android və iOS-də 2 GB-a kimi faylların göndərilməsini test edir” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Alimlər ilk dəfə insan qanında plastik hissəciklər aşkar ediblər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button