2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Xəstəxana Sürət Hüseynovun vəfatı ilə bağlı açıqlama yayıb

“Bütün cəhdlərə baxmayaraq, onu həyata geri qaytarmaq mümkün olmayıb”

İyulun 31-də Azərbaycanın sabiq Baş naziri Sürət Hüseynovun İstanbulda müalicə olunduğu xəstəxanada vəfat etdiyi yaxınları tərəfindən təsdiqlənib. Bu barədə Sürət Hüseynovun Almaniyada yaşayan yaxını Könül Rafiqqızı “Facebook”da paylaşım edib.

1993-1994-cü illərdə Baş nazir olan Sürət Hüseynovun vəfatı haqqında günün birinci yarısında xəbər yayılsa da, onun Gəncə şəhərindəki qohumları deyilənləri təkzib etdilər. Onlar S.Hüseynov İstanbul-Kişinyov təyyarəsi ilə Moldovoya gedərkən səhhətinin ağırlaşdığını və komaya düşdüyünü, amma sonradan ayıldığını bildirirdilər.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyənin “Cümhuriyyət” qəzetinin yazıdğına görə, dünən səhər saatlarında İstanbul hava limanına gələn Azərbaycanın keçmiş baş nazirlərindən Sürət Hüseynov qəfil huşunu itirməsi və ürəyi dayanması səbəbindən təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb:

“Lakin bütün müdaxilələrə baxmayaraq o vəfat edib”.

S.Hüseynovun ölümü ilə bağlı Medipol Meqa Universitet Xəstəxanasının yaydığı açıqlamada onun İstanbul Arnavutköy Əyalətinə gətirildiyi qeyd olunub:

Hüseynovda ürək-ağciyər reanimasiyası müşayiət olunub. Lazımi müalicələr aparılıb və üçüncü dərəcəli reanimasiya şöbəsi olan Medipol Meqa Universitet Xəstəxanamıza göndərilib və təcili tibbi yardım şöbəsinə gətirilib. İlk müayinədə onun huşsuz vəziyyətdə olduğu, təbii tənəffüsü və ürək döyüntüsü olmadığı məlum olub. Bu vəziyyətdə reanimasiya müdaxiləsi davam etdirilib, lazımi tibbi yardım göstərilib”.

Ancaq bütün cəhdlərə baxmayaraq, onu həyata geri qaytarmaq mümkün olmayıb”, – deyə məlumatda bildirilir.

Qəzet xəstənaxaya istinadən onu da yazıb ki, bütün müdaxilələrə baxmayaraq həyatını itirən Hüseynovun meyiti Məhkəmə Tibb İnstitutuna göndərilib.

S.Hüseynov 1959-cu ildə Gəncə şəhərində anadan olmuşdu.

S.Hüseynov Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989–1991) olub.

1992-ci ildə Azərbaycan Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi və Baş nazirin müavini olub.

O, 1993-cü ildə Gəncədə yerləşən hərbi hissədə AXC hakimiyyətinə qarşı hərbi qiyam qaldırıb və Bakıya doğru yürüş edərək Prezident Əbülfəz Elçibəyi devirib. Elə həmin il də prezident səlahiyyətlərini icra edən Milli Məclisin sədri Heydər Əliyevin sərəncamıyla Baş nazir təyin olunub. Bir il sonra, 1994-cü ilin oktyabrında Sürət Hüseynov Heydər Əliyev hakimiyyətin qarşı qiyamda ittiham olunub və vəzifəsindən azad edilib. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verdi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul etdi. Ancaq S.Hüseynov Azərbaycanı tərk etdiyindən 1997-ci ildə Rusiyada saxlanılaraq ölkəyə gətirildi.

1999-cu ilin fevralında ömürlük həbs cəzasına məhkum edilsə də, 2004-cü il martın 17-də Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button