2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Xanım Əliyeva Ramiz Mehdiyevdən qisas alır? 

Vitse-diktator xanım qüvvələr nisbətini dəyişməyə tələsir

Saytların yığılması Saytlarin yigilmasi

Seçki şousuna sayılı günlər qalır və hamı təyinatlı siyahı ilə parlamentin hansı tərkibdən formalaşacağını gözləyir. Yəni “MM-ə düşən deputatların neçəsi ailənin növbəti varisi Mehriban Əliyevanın, neçəsi köhnə qvardiyanın payına düşəcək” sualı var hamının ağlında. Axı bu növbədənkənar seçki də elə o məqsədlə gündəmə gəlib. Artıq kimsəyə sirr deyil ki, bu seçki şousu komanda daxilində çoxdan gedən gizli didişmələrin açığa vuran tərəfidir. Hər şey tərəflər arasındakı balansın köhnə qvardiyaya, xüsusilə onların “boz kardinalı” Ramiz Mehdiyevə düşmən kəsilən birinci xanımın xeyrinə dəyişməsinə hesablanıb. Əslində, prezident kürsüsünə çoxdan göz dikən Əliyeva ərinin ikinci konstitusion müddəti bitdikdən sonra onun yerini tutmaq istəyirdi. Deyilənə görə, onun bu istəyinə qarşı çıxan əsas fiqurlardan biri Mehdiyev olub. O, qatı rejimlərin dəhlizlərində qocalmış köhnə partokrat kimi xanımı siyasətə yararsız hesab edərək, konstitusiyanı dəyişib varis oğulun səlahiyyət müddətinin uzadılmasını daha məqbul variant sayıb. Amma indi İlham Əliyevlə bağlı nə baş veribsə, xanımın şansı yenidən üzünə gülüb. Hazırda ortada dolaşan əsas söhbətlər prezidentin sağlıq problemi ilə bağlıdır və xanımın əl-qolunun açılmasını da bununla əlaqələndirirlər. Lakin, bu məlumat həqiqəti tam əks etdirmir . Şübhəsiz, ailənin belə əl-ayağa düşməsində önəmli bir səbəb var və xanım da o üzdən tələm-tələsik köhnə düşmənlərlə haqq-hesabını çürütmək istəyir.

Boz kardinalın vurulan kadrları ilə ona “sus” mesajı!

Hələlik Əliyevanın çoxdan düzüb-qoşduğu plan yaxşı gedir. Vitse-prezident xanımın yolunun üstündəki ən böyük kötük PA Administrasiyasının rəhbəri idi ki, onu sıradan çıxardı. Ötən ilin son aylarını onun əsl revanş mərhələsi hesab etmək olar. Kremldə qəbul, Putindən medal və arxasınca köhnə qvardiyanın üzvlərinin istefaya göndərilməsi sizə nələr deyir? Bizə deyir ki, xanım ərinin yerinə keçəcəyi ilə bağlı hər kəsə açıq mesaj verir. Onun illərdir ailənin siyasi kursunu müəyyən edən Mehdiyevi postundan uzaqlaşdırıb AMEA-ya prezident göndərməsi də planın kulminasiya nöqtəsi idi. Amma boz kardinal da asanlıqla təslim olub xanımın qarşısından geri çəkilməyi özünə sığışdırmır. Onun iki daşın arasında ard-arda məqalələr yazıb Əliyevanın kadrlarına eyhamla “təcrübəsiz kadrların önəmli vəzifələrə gətirilməsi arzuolunmaz nəticələr verə bilər” mesajı da təsadüfi deyildi. Ancaq onun bu eyhamı da cavabsız qalmadı. Əliyeva keçmiş PA administrasiya rəhbərinin kadrlarını işdən qovaraq, icra başçılarını da rüşvət ittihamı ilə həbs etdirərək, ona “sus” mesajı verdi. Gördünüz, bu həbsləri TV-lərdə necə iyrənc şouya çevirərək, günlərlə yayınladılar. Ağstafa rayonunun icra başçısı və müavininin gündəlik yığılan pulları kabinetdə necə bölüşdürməsini bütün ölkəyə nümayiş etdirib, boz kardinala gözdağı verdilər. Bununla, həm də illərdir onlara can-başla xidmət edən kadrlarını aşağılayıb özlərini rüsvay etmiş oldular. Guya bu ölkədə rüşvət almayan, rüşvətsiz icra başçısı vəzifəsinə təyin edilən adammı var? Guya kim bilmir ki, o icra başçılarının rayonlardan topladığı xəracın ən azı üçdə ikisi aylıq Əliyevaların cibinə gedir? Kim bilmir ki, ölkədəki rüşvət piramidasının başında məhz Əliyevlər cütlüyü dayanır?

Parlament şousundan sonrakı mərhələdə nələr olacaq?

Əliyeva hakimiyyət yolunu köhnə qvardiyanın təmsilçilərindən təmizləyib, Paşayevlər sülaləsinə yol açır. Ona başından bəri əngəl olan Mehdiyevi və onun kadrlarını da hər yolla meydandan çıxarmağa çalışır. Hələlik ər-arvad qoca kardinalın bir neçə kadrını xoşluqla yola salmağı bacarıb. İcra başçılarının “vurulması” növbəti mərhələnin başlanğıcı, həm də qisasçılıq mesajıdır. Amma hələ qarşıda dəyişdiriləcək çox kadrlar var. Yaxın zamanda sıra onlara da çatacaq. Yəqin ki, Əliyeva parlament şousunu da Paşayevlər klanının xeyrinə  bitirib, növbəti mərhələyə keçməyi planlayır. Bu mərhələdə o, Naxçıvan klanının böyük qoçları ilə kəllələşməli olacaq. Əslində, bu savaşdan kimin qalib çıxacağı da ölkə üçün elə bir əhəmiyyət daşımır. Söhbət hakimiyyət bölgüsü və payı üzərində iki qanadın didişməsindən gedir. Hər iki tərəf tərəzinin gözünü özünə tərəf əymək istəyir. Yəni məsələ olsa-olsa, rejimi təmsil edən qüvvələr nisbətinin dəyişməsindən gedə bilər. Amma bu nisbətin dəyişməsi də hələlik heç nə demək deyil. Azərbaycanın yaxın gələcəkdə böyük tarixi hadisələrə səhnə olacağı gözlənilir. Hakimiyyət daxilindəki  didişmələrin əsl təfərrüatları da, bax, o zaman üzə çıxacaq. Ölkə önəmli dəyişikliklərə doğru gedir. Bu hadisələrdə hakimiyyətin özünün dəyişməsi məsələsi belə gündəmə gələ bilər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button