2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Xankəndidə peşə təhsili müəssisəsi açılacaq

Xankəndi şəhərində peşə təhsili müəssisəsi açılacaq.

Toplum TV “Report”a istinadən xəbər verir ki, bunu dekabrın 13-də elm və təhsil naziri Emin Əmrullayev “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransdakı çıxışı zamanı deyib. 

Nazir Xankəndidə Qarabağ Universiteti nəzdində açılması nəzərdə tutulan peşə məktəbinin yerinin və ilkin planlarının artıq mövcud olduğunu qeyd edib: 

Saytların yığılması Saytlarin yigilmasi

“Plan təsdiq olunmalıdır və bundan sonra yola çıxılacaq. Ümumilikdə azad olunan ərazilərdə peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır”.

E.Əmrullayev həmçinin bildirib ki, azad olunan ərazilərdə 8 peşə təhsil müəssisəsi yenidən qurulacaq: 

“Füzulidə yeni peşə təhsili müəssisəsinin bünövrəsi qoyulub, artıq tikintisinə də başlanılıb, iki il sonra tələbələri görəcəyik. Şuşada peşə təhsil müəssisəsinin yenidən qurulması prosesinə də start verilib”.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button