2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Xarici işlər nazirləri Tehranda görüşdü, regional layihələrdən danışdı, növbəti görüşün tarixini müəyyənləşdirdi

“3×3” formatlı görüş Gürcüstanın iştirakı olmadan baş tutdu

Oktyabrın 23-də Tehranda xarici işlər nazirlərinin “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) formatı çərçivəsində növbəti görüşü baş tutub. Gürcüstan Abxaziya və Osetiyanın Rusiyanın işğalda qalması səbəbindən tədbirə qatılmayıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatının region ölkələri tərəfindən problemlərin həll yollarını nəzərdən keçirmək məqsədilə yaradıldığını qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda belə deyilir.

O, platformanın mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlamaq, regionda təhlükəsizliyi və sabitliyi gücləndirmək, iqtisadi artım və tərəqqi naminə istifadə edilməmiş potensialı üzə çıxarmaq üçün əhəmiyyətli potensiala malik olduğunu bildirib.

C.Bayramov Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin, Rusiya, Azərbaycan və İranın iştirakı ilə Şimal-Cənub dəhlizinin və Azərbaycan-İran-Türkiyə üçtərəfli formatının yalnız bir dövlətin xeyrinə deyil, hər kəsin ortaq mənfəəti olduğunu əyani şəkildə nümayiş etdirdiyini deyib. Bildirib ki, bu layihələrin və formatların müsbət təsiri region ölkələri ilə məhdudlaşmayacaq və daha geniş coğrafiyada tərəfdaşları əhatə edəcək:

“Azərbaycan üçün Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında İran İslam Respublikasının ərazisindən keçməklə nəqliyyat əlaqələrinin yaradılması istiqamətində son inkişaflar xüsusi əhəmiyyət kəsb edib”.

O, Azərbaycan ərazilərinin işğalına son qoyulması və suverenliyinin tam bərpasının Bakı və Yerevan arasında münasibətlərin normallaşması üçün yeni perspektiv açdığını bildirib:

“Azərbaycanla Ermənistan arasında münasibətlər bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında normallaşması təkcə bu ölkələrin xeyrinə olmayacaq, həm də əməkdaşlıq və tərəqqi üçün istifadə edilməmiş potensialdan faydalanmağa imkan yaradacaq”.

XİN-in məlumatında deyilir ki, Bayramov Azərbaycanın Ermənistanla sülh müqaviləsi çərçivəsində məsələlərin tezliklə yekunlaşması məqsədilə Yerevandan qarşılıqlı addımlar və konstruktiv yanaşma gözlədiyini, tam regional normallaşma üçün bu unikal şansın bir daha əldən verilməyəcəyinə ümidvar olduğunu vurğulayıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan regional sabitliyin yolunun Azərbaycan və Ermənistan arasında imzalanacaq əhatəli bir sülh müqaviləsindən keçdiyini vurğulayıb:

Regional kommunikasiyaların açılması normallaşma və sülh prosesini sürətləndirəcək”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Azərbaycan və Ermənistan arasında münaqişə əsasən həll olunub, tərəflər üçün gələcək praktiki addımlar qalır:

“Hər iki tərəf Qarabağın Azərbaycana məxsus olması ilə razılaşıb”.

Rusiyanın baş diplomatı onu da vurğulayıb ki, Kreml Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin başlanmasına faktiki yardım etməyə hazırdır. Lavrov xatırladıb ki, Moskvada tərəflər delimitasiya komissiyasının yaradılması barədə razılığa gəliblər və bu komissiyada Rusiya tərəfi məsləhətçi qismində iştirak edəcək:

Təəssüf ki, bu komissiya kifayət qədər uzun müddət iclas keçirmədi. Son bir il ərzində delimitasiya prosesinə ilk növbədə Avropa İttifaqından, müəyyən qədər də ABŞ-dan sızmağa cəhdlər olsa da, davam edir”.

Onun sözlərinə görə, Rusiya həm ermənilərin, həm də azərbaycanlıların faydalı hesab etdiyi hər hansı təmasların əleyhinə deyil:

Ekspertlər yaxşı bilirlər ki, “delimitasiyanı müzakirə etmək üçün lazım olan hər şey, o cümlədən, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiyanın ixtiyarındadır”.

“Tərəfdaşlar bunu başa düşürlər və biz bundan böyük problem yaratmağa çalışmırıq. İstəsələr, Brüsseldə şanslarını sınasınlar, lakin biz hər zaman real delimitasiyaya başlamağa həqiqətən kömək etməyə hazırıq”,-deyə Lavrov əlavə edib.

Xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə keçiriləcək.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button