Loading...
Loading...
Texnologiya

Xiaomi Mi Band 7 smart qolbağı barəsində ilk məlumatlar ortaya çıxıb

    İnternetdə Xiaomi Mi Band 7 smart qolbağı barəsində ilk məlumatlar ortaya çıxıb. İnsayderlər smart qolbağın istifadəçi interfeysinin beta versiyasının kodunda yeni Mi Band modelinin sahib olacağı özəlliklər barəsində məlumatlar aşkar ediblər. Beləliklə verilmiş məlumata əsasən M2129B1 M2130B1 (adi və NFC dəstəkli)  model nömrələrinə sahib smart qolbaq 490×192 piksel keyfiyyətli ekran ilə təchiz olunacaq. Ekran Always on Display funksiyasını dəstəkləyəcək. İstifadəçilərə həmçinin çoxlu sayda virtual siferblat (saatın ön paneli) da təqdim ediləcək.

    İnsayderlər bildiriblər ki, Mi Band 7 qolbağı Smart Alarm adlı funksiyanı əldə edəcək. Bu funksiya yüngül yuxu fazasında olan istifadəçini öncədən təyin edilmiş zəngli saata 30 dəqiqə qalmış oyandıracaq. Bundan əlavə olaraq yeni smart qolbaq çox güman ki, enerji sərfiyyatına qənaət məsələsində daha təkmilləşdirilmiş sistem əldə edəcək. Mi Band 7-də GPS modulun olacağı istisna edilmir. Lakin qeyd etmək lazımdır ki, Mi Band 6-nın da GPS modul əldə edəcəyi deyilirdi. Nəticədə isə smart qolbaq belə bir imkanı əldə etmədi. Xiaomi yeni Mi Band barəsində heç bir rəsmi məlumat verməyib. Mi Band 6 keçən il mart ayının sonunda təqdim edilmişdi. Heç istisna deyil ki, şirkət bu ayın sonunda Mi Band 7-ni təqdim etsin.

24 saat” “Xiaomi Mi Band 7 smart qolbağı barəsində ilk məlumatlar ortaya çıxıb” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  HTC şirkəti gələn ay metakainat üçün premium smartfon təqdim edəcək

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button