2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

XİN: “Britaniya şirkətlərinin azad olunmuş ərazilərin bərpasında mümkün fəaliyyəti müzakirə olunub”

XİN: Britaniya şirkətlərinin azad olunmuş ərazilərin bərpasında mümkün fəaliyyəti müzakirə olunub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniya Dövlət katibinin Avropa məsələləri üzrə müavini Leo Dokerti arasında Böyük Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətindəki mümkün fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, tərəflər iki ölkə arasında nəqliyyat, təhsil və bərpa olunan enerji sahələrində əməkdaşlıq, habelə Böyük Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətindəki mümkün fəaliyyəti barədə fikir mübadiləsi aparıb.

Nazir, həmçinin həmkarını bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə maneə törədən mina təhdidi, habelə Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi planları və bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi barədə məlumatlandırıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button