2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

XİN: ‘Konsulluğun qapı və pəncərələrinə 6 atəş açılıb’


Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluq binasının odlu silahdan atəşə tutulduğu bildirilir.

Bu barədə noyabrın 7-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)məlumat yayıb.

Məlumatda yazılıb ki, bu il noyabrın 6-dan 7-nə keçən gecə saat 2.30 radələrində Azərbaycannın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası odlu silahdan atəşə tutulub:

Saytların yığılması Saytlarin yigilmasi

“ Konsulluğun binasının qapısı və pəncərələrinə 6 atəş açılıb. Gecə saatlarında binada heç kəs olmadığı üçün Konsulluğun əməkdaşları arasında zərər çəkən olmayıb. Qeyd etmək istərdik ki, Fəxri Konsulluğun kameralarında hücum edən şəxsin 2 nəfər olduğu qeydə alınıb”

Açıqlamaya görə, konsulluğun binasına hücumla bağlı Xarkov şəhəri polisi cinayət işi başlayıb.

XİN hesab edir ki, son zamanlar Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri davamlı təhdidlərə məruz qalır.Qurum hesab edir ki, Xarkovdakı Fəxri Konsulluğa edilən bu hücum məhz bu təhdidlər kontekstində nəzərdən keçirilməlidir:

“Xarici ölkələrdəki Azərbaycan vətəndaşlarına və yerli azərbaycanlı icma üzvlərinə qarşı edilən bu kimi cinayət xarakterli əməllərə görə cavabdeh şəxslərin qanun qarşısında cavab verməsi üçün ölkəmizin müvafiq qurumları əcnəbi ölkələrdəki yerli hüquq mühafizə qurumları ilə qarşılıqlı əməkdaşlıq həyata keçirəcək ”

Hələlik, məsələyə Ukraynanın hüquq mühvizə orqanlarından münasibət almaq mümkün olmayıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button