2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Xocalı. Ağrı və əzab

Fevralın 26-da Birinci Qarabağ Müharibəsi zamanı erməni silahlı birləşmələrinin törətdiyi ən böyük və ən amansız qan tökülməsinin – Xocalı soyqırımının 30-cu ili tamam olur.

Yüzilliklər boyunca yürüdülən başqa millətlər üzərində üstünlük ideologiyası, tarixi sənədlərin və abidələrin saxtalaşdırılması, mifik Tiqrana istinadlar, faşist Njdenin nəsihətləri ilə böyüyən və keçmiş komsomol liderləri tərəfindən idarə olunan ermənilər orta əsr cəlladlarının qəddarlığı ilə Xocalıda dinc qadınları, qocaları və uşaqları məhz azərbaycanlı olduqlarına görə qətlə yetiriblər.

Onlar məhz Xocalıda günahsız qətlə yetirilmiş dinc vətəndaşların ölümüylə öz müqəddəratını təyin etmiş millətin pankartları ilə çıxış edə bildilər, güclünün qanun üzərində hüququna “sübutlar” irəli sürdülər.   O vaxtlar xalqların fəthində arqument kimi güclünün haqqı çökmüş imperiyanın bütün ərazisində üstün olmağa başladı.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin gecəyarısı qarlı meşə yollarında köməksiz uşaqların, qadınların, qocaların milli nifrətlə sərxoş olmuş əyyaş yığını,   “Şər imperiyası” adlanan ölkənin müasir texnikası ilə silahlanmış güclü ordusu tərəfindən qətl edilməsindən qələbə ilə nəticələnən 44 günlük Vətən Müharibəsinə qədər yol həqiqətən çağdaş Azərbaycan tarixində əlamətdar oldu.  

Köməksiz insanların orta əsr cəlladına qarşı dayanan Azərbaycan döyüşçüsünün, İkinci Qarabağ Müharibəsinin qalibinin zəfəri tarixi ədalətin və gerçək vətənpərvərliyin, millətçilik ideologiyası, aqressiv və yaxşı silahlanmış erməni barbarlığı üzərində şüurlu qəhrəmanlığın təntənəsinin bariz nümayişi oldu.

Ancaq tarixi torpaqlarımızın işğaldan azad edilməsi nə qədər arzuedilən olsa da, faşist ideologiyası daşıyıcılarının məsuliyyəti Azərbaycanın tolerantlığının yayılma sahəsində olmamalıdır.

Əksinə, o, müasir dünyada hərbi cinayətlərə dair yeni beynəlxalq konsensusa nail olmağa təkan verməlidir.

Təəssüf ki, bəzi səbəblərdən tamamlanmamış bu ideyaya 2004-cü ilin əvvəlindən qeyri-çevik və konservativ məhkəmə-hüquq sisteminin dəhlizlərində nail olmaq lazım gəldi.

2004-cü ilin martında İnterpol ilk dəfə olaraq soyqırım, hərbi cinayətlər və insanlığa qarşı cinayətlər problemlərinə dair beynəlxalq konfrans təşkil etdi, beynəlxalq tribunalların, qeyri-hökumət təşkilatlarının, nüfuzlu təsisatların və iştirakçı ölkələrin nümayəndələrini dəvət etdi.

Konfransa hazırlıq Ermənistanın təcavüzü anından Azərbaycan ərazisində hərbi cinayətlərin törədilməsi faktlarına münasibət sahəsində hüquqi və faktiki vəziyyətin paradoksallığını üzə çıxardı.

Belə ki, SSRİ Nürnberq prosesində əsas hərbi ittihamçılardan biri kimi yeni hüquqi münasibətlərin norma və prinsiplərinin yaradılmasında fəal iştirak edərək, beynəlxalq hüquq konvensiyalarını imzalamaqla yanaşı, bu və ya digər siyasi mülahizələr üzrə nəzərdən keçirilən beynəlxalq cinayətlərin törədilməsinə görə cinayət-hüquqi sanksiyaları  milli cinayət qanunvericiliyi normalarına daxil etməyib.

Və yalnız 1 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinə beynəlxalq birlik tərəfindən hərbi cinayətlər və insanlığa qarşı cinayətlər kimi tanınmış normalar daxil edilib, yeni Cinayət-Prosessual Məcəllə isə cinayət təqibinin həyata keçirilməsi zamanı insan hüquqlarına riayət edilməsinin yüksək standartlarını müəyyən edib.

Lakin 1988-1994-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı daha ciddi beynəlxalq cinayətlər törətməsini təsdiq edən faktlara baxmayaraq, fiziki şəxslərin cinayət məsuliyyəti prinsipi pozulub.

Müvafiq olaraq, bu cinayətlərin törədilməsinə görə heç kim cinayət məsuliyyətinə cəlb edilməyib, əməlin özü isə beynəlxalq cinayətlər kimi tövsif edilməyib.

Azərbaycan SSR-də və sonra müstəqil Azərbaycan Respublikasında dövlət cinayətləri, şəxsiyyət əleyhinə cinayətlər, ictimai təhlükəsizlik və ictimai asayiş kimi tövsif edilmiş terror aktları, kütləvi qətllərin törədilməsi, beynəlxalq humanitar hüquq normalarının pozulması faktları üzrə cinayət işləri qaldırılıb və araşdırılıb.

1992-ci ilin fevralında 2 və daha çox vətəndaşın qətlə yetirilməsi faktı üzrə Azərbaycan Respublikası prokurorluğu tərəfindən qaldırılmış Xocalı soyqırımı ilə bağlı cinayət işi sonuncu dəfə 31 mart 1993-cü ildə cinayət məsuliyyətinə cəlb edilməli olan şəxslərin olmaması əsasında dayandırılıb. Bu iş üzrə heç kim məhz beynəlxalq cinayətin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb edilməyib.

Cinayət təqibinin ən vacib predmetilə bağlı belə vəziyyət bizdə (və təkcə bizdə yox) anlaşılmazlıq və hiddət doğurub.

2003-cü ilin dekabrında birgə istintaq-əməliyyat qrupu yaradılıb və bundan öncə Azərbaycan SSR-in, sonralar isə Azərbaycan Respublikasının  səlahiyyətli istintaq orqanları tərəfindən ümumi cinayətlər formatında araşdırılmış  XX əsrin 90-cı illərində dayandırılmış 800-dən çox cinayət işi həmin qrupa verilib.

Qrupun vəzifəsi erməni təcavüzü nəticəsində dəymiş maddi ziyanın müəyyən olunması idi. Lakin heç bir iş beynəlxalq cinayətə tövsif edilməyib və heç bir cinayətkar aşkar edilərək cinayət məsuliyyətinə cəlb olunmayıb.

Beləliklə, İnterpolun birinci konfransından (mart, 2004-cü il) sonra “hərbi cinayətlər” anlayışlarının sistemləşdirilməsində və milli institutların fiziki şəxslərin törətdikləri beynəlxalq cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsinə yönləndirilməsində beynəlxalq institutların köməyinə ümid yaranıb.

Azərbaycan İnterpolun tədbirlərində fəal iştirak edib, ölkənin işğal olunmuş ərazilərində məhz beynəlxalq cinayətlərin törədildiyini sübut edən materiallar təqdim edib, həmçinin postsovet dövrünün reallıqları nəzərə alınmaqla, bu cür cinayətlərin təhqiqatında İnterpolun əlaqələndirici rolu barədə təşəbbüslə çıxış edib.

BMT Baş Assambleyasının (BA) tribunasında əməlləri beynəlxalq sülhə və beynəlxalq təhlükəsizliyə qarşı cinayət kimi formulə edən prinsiplər haqqında bəyan edilib. Təsdiqlənib: BMT BA 11 dekabr 1946-cı il tarixli 95 saylı (İ) qətnamədə; soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırılma haqqında Konvensiya; 1949-cu il tarixli müharibə qurbanlarının müdafiəsinə dair dörd Cenevrə Konvensiyasında və ona əlavə protokollar (1977-ci il tarixli); daha sonra qəbul edilmiş və “beynəlxalq sülhə və beynəlxalq təhlükəsizliyə qarşı cinayətlər” anlayışına aid edilən əməllərin tam siyahısını müəyyən edən və bu faktların araşdırılması üzrə dövlətlərin öhdəliyini, ədalətli məhkəmə icraatı hüququnun təmin edilməsi üzrə zəmanətləri,  zaman aşımının tətbiq edilməməsini, bu cür cinayətlərə qanunun vaxtında təsirini nəzərdə tutan beynəlxalq hüquqi alətlərdə;

İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya (Avropa İnsan Hüquqları Konvensiyası) cinayət qanununun retroaktiv tətbiqini qadağan edir (maddə 7, bənd 1), lakin maddə 7, bənd 2-də “bu, “sivil ölkələr tərəfindən tanınmış ümumi hüquq prinsiplərinə uyğun olaraq, törədildiyi an cinayət sayılan istənilən hərəkət və ya hərəkətsizliyə görə istənilən şəxsin məhkəməyə verilməsinə və cəza tətbiqinə  mane olmur” deyərək istisna edir.

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt dövlətlərə soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırılma haqqında Konvensiyaya əsasən qəbul edilmiş istənilən öhdəlikdən kənara çəkilməyi qadağan edir (maddə 6, bənd 3). Həmçinin Paktda cinayət qanununun retroaktiv tətbiqinə qadağa qoyulması nəzərdə tutulur, lakin burada da “sivil ölkələr tərəfindən tanınmış ümumi hüquq prinsiplərinə uyğun olaraq” istisnalar nəzərdə tutulur (maddə 15).

Hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə zaman aşımının tətbiq edilməməsi haqqında Konvensiya günahkarın ədalət mühakiməsindən nə qədər gizlənə bilməsindən asılı olmayaraq, belə cinayətlərə görə cəzanın labüdlüyünə zəmanət verir.

İnterpol Baş Assambleyası bizim nümayəndə heyətinin təkliflərilə razılaşıb və İnterpol Nizamnaməsinin 2-ci və 41-ci maddələrinə istinad edərək “Hərbi cinayətlər, soyqırım və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunan şəxslərin təqib edilməsi üzrə milli büroların dəstəklənməsinin gücləndirilməsi haqqında”  çox mühüm qətnamə  (ÀÑ-2004 ÐÅÑ) 17 qəbul edib.

İnterpol daha sonra həmin mövzu üzrə bir neçə konfrans keçirib, həmçinin xüsusi işçi ekspert qrupu yaradıb ki,  ora Azərbaycanın nümayəndəsi də cəlb edilib. Bu sənədlər beynəlxalq cinayətlər törətmiş şəxslərin cinayət təqibinə yol açıb.

2005-ci ilin mayında birgə istintaq-əməliyyat qrupuna rəhbərlik Azərbaycan Hərbi Prokurorluğuna həvalə edilib.

İşin spesifikası, törədilmiş cinayət faktlarının sayının çox olması, təcrübə və ixtisaslı kadrların olmaması nəzərə alınaraq, beynəlxalq tribunalların əlçatan materiallarının öyrənilməsi zamanı istintaq aşağıdakı əsas istiqamətlər üzrə qruplaşdırılıb: Xocalı, Qaradağlıda soyqırım, əsirlərə qarşı cinayətlər; qətllər, dinc əhalinin deportasiyası və terror. Və hərtərəfli, tam və detallı istintaq-əməliyyat planı çərçivəsində istintaq qrupunun bütün üzvlərinə beynəlxalq standartlar nəzərə alınmaqla, sübutların toplanması üçün konkret tapşırıqlar verilib.

Beynəlxalq hüquqa uyğun olaraq, bundan öncə qaldırılmış və Xocalı şəhərində kütləvi qətllərin törədilməsi kimi tövsif edilmiş və 31.03.1993-cü ildə icraatı dayandırılmış cinayət işinin icraatı bərpa edilib  və soyqırım cinayətinin törədilməsi  kimi tövsif edilib. Bu istiqamət üzrə aparılan istintaq hərəkətləri nəticəsində istintaq Xocalıda qadınlar, uşaqlar və qocalar daxil olmaqla, dinc sakinlərin kütləvi qətlində iştirak etmiş 37 nəfərə, o cümlədən keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularına qarşı ittihamların irəli sürülməsinə əsas verən sübutlar toplaya bilib. Onların hamısı cinayət məsuliyyətinə cəlb edilib, materiallar isə İnterpola göndərilib. Həmçinin sözügedən şəxslərin, həm də soyqırımın törədilməsində çoxsaylı şübhəli bilinənlərin kimliyini müəyyən edən sənədlər toplanıb. İnterpol irəli sürülən ittihamlarla razılaşaraq beynəlxalq cinayətlər törətmiş şəxslərin saxlanması barədə Azərbaycan Respublikasının təlimatlarını qəbul edib və onları 184 ölkədə yayıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzü həmçinin beynəlxalq humanitar hüququn çoxsaylı, sistemli, planlı şəkildə pozulması ilə müşayiət olunub. Demək olar ki, hər bir hərbi əsir cinsindən, yaşından, səhhətindən asılı olmayaraq fiziki və psixi zorakılığa məruz qalıb, etik normalara görə bunun forma və metodlarını açıqlamaq mümkün  deyil.

Bütün bu işgəncələr foto və video-texnika ilə qeydə alınıb, sonralar Ermənistanın xüsusi xidmətlərilə əməkdaşlığa cəlb etmək cəhdlərində hərbi əsirlərə qarşı kompromat kimi irəli sürülüb. Erməni tərəfdə hərbi əsirlərin olması əksər hallarda gizlədilib. Onları həm Ermənistanın özündə, həm də işğal edilmiş ərazilərdə saxlayıblar, milis şöbələrinin, təhlükəsizlik orqanlarının müvəqqəti saxlama təcridxanalarında, həmçinin mal-qara tövlələrində, fərdi evlərin zirzəmilərində saxlayıblar.

Münaqişə zamanı itkin düşmüş 4407 Azərbaycan vətəndaşı haqda tam anket məlumatları toplanıb, onların arasında uşaqlar, qadınlar, ahıl şəxslər var. Fiziki və psixi zorakılıq azadlığa buraxılandan sonra 137 nəfərin ölümünə səbəb olub, 32 nəfər ağlını itirib. Əsirlikdən azad edilmiş şəxslərdən 248-i Ermənistanda, qalanları isə işğal olunmuş Azərbaycan ərazilərində saxlanılıb.

Şahidlərin ifadələrinə görə, əsirlərin əksəriyyəti məhkəmə və istintaq olmadan edam edilib, digərləri işgəncə altında və ya aclıqdan ölüblər. İstintaq beynəlxalq humanitar hüququn pozulması ilə bağlı 851 fakt aşkar edib. Bu faktlar üzrə 628 nəfər şübhəli bilinir: 73 terror aktının törədildiyi müəyyən edilib. Göstərilən cinayətlərin törədilməsi ilə bağlı 29 nəfərə ittiham irəli sürülüb. Ümumilikdə, istintaq-əməliyyat qrupu tərəfindən 274 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bununla belə, bu istiqamətdə lazımi qənaətbəxşliyin əldə edilməsinin mümkünsüzlüyü ilə bağlı “dost məsləhətləri” təzyiqlərin ardı-arası kəsilmirdi.  Çünki İnterpolun Baş Katibliyi haqqında əsasnaməyə görə, təşkilat siyasi, hərbi, dini və ya irqi cinayətlər törətmiş şəxsləri axtarışa qəbul etmir.

Lakin hərbi cinayətkarların (274 nəfər) axtarışı üzrə bizim təlimatlarımız  İnterpol tərəfindən qəbul edilib və qırmızı təlimatlar Milli Büroya göndərilib, üstəlik, həmin şəxslərdən 3-ü müəyyən edilərək saxlanılıb.

Ermənistanın hüquq-mühafizə orqanları qeyri-münasib vəziyyətə düşərək İnterpolun qırmızı təlimatı üzrə qəbul olunmuş şəxslərin siyahıdan çıxarılması üçün müxtəlif tədbirlərə əl atıblar, Ermənistan ərazisində ümumi cinayətlər törətmiş azərbaycanlılarla bağlı öz təlimatlarını İnterpola veriblər. Sonradan isə digər dost ölkələrin köməyilə Azərbaycanın təlimatlarının dayandırılmasını xahiş etmişdilər və guya onların siyasi xarakter daşıdığına istinad etmişdilər. 

Ermənistan tərəfindən eyni təqdimatlar Rusiya Federasiyası Prokurorluğuna da göndərilmişdi.

Azərbaycan Respublikası ərazisində törədilmiş beynəlxalq cinayətlər haqda kifayət qədər hüquqi və faktiki məlumata malik olan İnterpol uzun müddət təlimatını dayandırmayıb, reqlament nəzərə alınmaqla həmin sənədlərin öyrənilməsi üzrə birgə komissiya təklif edib.

Məlum olmayan səbəblərdən komissiyanın işində iştiraka icazə verilməyib.

Hazırda beynəlxalq cinayətlərin törədilməsində təqsirli olan şəxslərin təhqiqi və cəzalandırılması üzrə üç əsas istiqamət məlumdur: (i) xüsusi tribunallar (Ruanda, keçmiş Yuqoslaviya, Syerra-Leone üzrə); (ii) Roma statutu qüvvəyə mindikdən sonra törədilmiş cinayətlərlə bağlı  yurisdiksiyaya malik Beynəlxalq Cinayət Məhkəməsi. Roma statutu bu cinayətlərin törədilməsində günahkar olan şəxslərin təqibinə görə məsuliyyəti cinayət ədliyyəsi milli orqanlarının üzərinə qoyur;  (iii) daha ciddi beynəlxalq cinayətlər törətməkdə şübhəli bilinən şəxslərin məhkəmə qaydasında təqib edilməsini və ya onların verilməsi məqsədilə tədbirlərin görülməsini dövlətə həvalə edən universal yurisdiksiya prinsipi.

Beynəlxalq müqavilələr dövlətlərin üzərinə bu və ya digər  ciddi cinayətləri törətmiş və ya törədilməsini əmr etmiş şəxslər üçün effektiv cinayət cəzalarının təmin edilməsindən ötrü zəruri olan qanunvericiliyi işə salmaq və onları axtarmaq öhdəliyini qoyur. Eyni zamanda, təqsirləndirilən şəxsin lazımi məhkəmə prosedurlarına, müdafiə hüququna zəmanət verilir, qeyd olunur ki, həmin şəxslərin barəsində təqiblərlə və onların məhkəmələrilə bağlı hər hansı şübhədən qaçmaq üçün beynəlxalq hüququn ümumqəbulolunmuş normalarına uyğun  prinsiplər tətbiq edilir.

Konvensiya iştirakçısı olan dövlətlərdə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı zəruri məhkəmə prosedurlarının həyata keçirilməsinin qarantı kimi Avropa İnsan Hüquqları Məhkəməsi çıxış edir ki, onun qərarları Avropa vahid hüquqi məkanını formalaşdırır və dövlətlərin üzərinə  öhdəliklər qoyur: məhkəmə və qanunvericilik orqanları onları əldə rəhbər tuturlar ki, bu da ümumilikdə məhkəmə sisteminin demokratik fəaliyyət qabiliyyətinə təsir göstərir. Məhkəmə həm dövlətlərdən, həm də ayrı-ayrı şəxslərdən və qeyri-hökumət təşkilatlarından şikayətləri baxılmaq üçün qəbul edir. Qeyd edək ki, bu əməli hüquqi alətlər münaqişələr yarandığında və əlaqədar dövlətlərin Avropa Şurasına qəbulundan öncə yox idi.

80-ci illərin sonu–90-cı illərin əvvəllərində baş vermiş dərin siyasi hadisələrin nəticəsində SSRİ-nin süqutuna baxmayaraq, insan hüquq və azadlıqlarının prioritet və əhəmiyyətinin tanınmasından uzaq olan totalitar rejimin şəxsiyyətin hüquqlarının tapdalanmasına əsaslanmış “doğum ləkələri” indiyədək müstəqil dövlətləri təqib edir. Sonuncuların beynəlxalq və Avropa hüquq məkanına inteqrasiyası şəraitində onların hüquq sistemində totalitar keçmişin qalıqlarının aradan qaldırılması üçün yavaş, lakin dönməz proses başlayıb. Bu mütərəqqi tendensiya baxımından beynəlxalq humanitar hüququn norma və prinsiplərinin tətbiqi, təhqiqatda, qərəzsiz məhkəmə çəkişməsinin təmin edilməsində, sülhə və beynəlxalq təhlükəsizliyə qarşı cinayətlər törətmiş günahkarların cəzalandırılmasında dövlətlərin əməkdaşlığı böyük əhəmiyyət kəsb edir.

Bu mənada Azərbaycan unikal vəziyyətdədir – prezident İlham Əliyevin rəhbərliyilə və BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta Şanxay Əməkdaşlıq Təşkilatının meydançalarından istifadə edərək köhnə formatların dəyişdirilməsində iştirak etməklə məharətlə yeni humanist gündəliyi yaradırıq.

Məhz bu effektiv, müdrik və yüksək manevrli iş 44 günlük Vətən Müharibəsi zamanı erməni faşizmi üzərində siyasi və hərbi qələbənin qarantı oldu.

İnanmaq istərdim ki, belə nəticələr hüquq sahəsində də olacaq, çünki bu məqsədlərə nail olmaq üçün prokurorluğun yeni rəhbərliyi tərəfindən ardıcıl olaraq çoxsahəli işlər həyata keçirilir.

Allah səhidlərimizə rəhmət etsin!

24 saat” “Xocalı. Ağrı və əzab” başlıqlı yazını “Turan”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button