2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Xodorkovskinin nəşrləri bağlanır

Kremlin mühacirətdə olan tənqidçisi Mixail Xodorkovskinin dəstəklədiyi iki onlayn nəşr – Açıq Media və MBKh avqustun 5-də fəaliyyəti dayandırdıqlarını bildirib. Rusiyanın mediaya nəzarət edən Roskomnadzor idarəsi həmin saytları bloklamışdı.

Açıq Media qərarını Telegram kanalında açıqlayıb. MBKh-in keçmiş baş redaktoru Veronika Kutsillo isə Facebook postunda elan yerləşdirib.

Nəşrlər hakim orqanlardan bloklanmanın səbəbiylə bağlı bildiriş almadıqlarını deyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Artıq avqustun 4-dən Rusiyada əksər internet provayderlərinin istifadəçiləri Açıq Media, yaxud MBKh Media-ya daxil ola bilməyiblər.

Qanunsuz kontentin çıxarılması istənilib

Keçmiş oliqarx Xodorkovski Rusiyada siyasi hesab olunan ittihamlarla 10 il həbsdə yatandan sonra Londona köçüb. O, Prezident Vladimir Putinə meydan oxuduğuna görə ondan siyasi qisas alındığı düşünülürdü.

Sentyabr seçkisi öncəsi Roskomnadzor müstəqil mediaya təzyiqləri gücləndirib.

Açıq Media və vebsaytı Roskomnadzor-un iğtişaş və ekstremist fəaliyyətə çağırış edən mənbələr siyahısına salınmışdı. Media orqanı avqustun 4-də vebsaytdan qanunazidd kontentin çıxarılmasına dair məktublar alıb. Amma məktublarda hansı kontentdən söhbət getdiyi dəqiq göstərilməyib.

Rusiyanın bloklanmış vebsaytlar reyestrinin bildirməsinə görə, xəbər saytlarına giriş avqustun 3-də Baş Prokurorluğun göstərişi ilə məhdudlaşdırılıb.

Reyestrin istinad etdiyi qanunda kütləvi itaətsizlik, ekstremist fəaliyyət, icazəsiz yürüşlərdə iştiraka təhrik edən vebsaytların qapadılması nəzərdə tutulur.

Siyahı böyüyür

Rusiya son həftələr bir sıra müstəqil media orqanları və jurnalistləri “xarici agentlər”, yaxud “arzuolunmazlar” siyahısına salıb. Bu təsnifat jurnalistləri gözdən salmaq cəhdi güdür, əlavə hökumət nəzarəti deməkdir.

Ötən ay hakimiyyət Açıq Media-nın bəzi jurnalistlərini “xarici agentlər” adlandırıb.

Hazırda 77 təşkilat “xarici agent” hesab olunur, onların içində 16 media qurumu və 18 jurnalist var.

Qanuna modifikasiya AzadAvropa/AzadlıqRadiosunun rus xidməti və digər altı rusdilli xidməti, eləcə də “Current Time” layihəsini də əhatələyib

Qanun xaricdən vəsait alan və hakimiyyətin nəzərində siyasətlə məşğul olan QHT-lərdən “xarici agent” kimi qeydiyyatdan keçmələrini tələb edir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button