2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Yanğınlar Qərbi Trakyadakı türk kəndlərinə də çatıb

2023-08-23 07:31:01

class=”mediyanet-inline-adv”>

Qərbi Trakya, Dedeağaç və Gümülcine bölgələrindəki meşə yanğınları dünən bütün şiddəti ilə davam edib. Komotinidə alov türk azlığının sıx yaşadığı kəndlərə də çatıb. Evboyya, Kavala və Viotiya adalarında baş verən meşə yanğınlarını da nəzarət altına almaq mümkün olmayıb. Dünən Afina yaxınlığındakı Fili və Aspropirqos rayonlarında yeni yanğınlar baş verib. Afina Rəsədxanasının hesablamalarına görə, Aleksandrupolis yanğınında 380 min dekar, Rodop yanğınında isə 30 min dekar ərazi məhv olub. Şənbə günündən ötən gecəyə qədər ölkə daxilində ümumilikdə 400 min dekar ərazi yanıb.

Saytların yığılması Saytlarin yigilmasi

18 QAÇQIN ÖLÜB

Yunanıstana qeyri-qanuni yollarla daxil olduğu düşünülən ən azı 18 qaçqının yanmış cəsədi Aleksandrupolisdən 11 km uzaqlıqdakı Dadias meşə sahəsində tapılıb. Xəstəxanalarda və qocalar evlərində olanlar ehtiyat tədbiri olaraq təhlükəsiz ərazilərə köçürülüb.

class=”mediyanet-inline-adv”>

Gümülcine bölgəsində alov türklərin sıx yaşadığı Yassıköy, Narlıköy, Susurköy, Kozlu Dərə, Çepelli və Müsellim kəndlərinə çatıb. Çepelli, Müsellimköy, Susurköy, Kozlardere və Narlıköy ehtiyat tədbiri olaraq boşaldılıb. Bəzi evlərə ciddi ziyan dəyib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button