2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

YAP-çı siyasi elmlər doktorundan biabırçı siyasi savadsızlıq

Milli Məclisin iyul ayının 14-də keçirilən iclasında deputatlarımız 1969-cu ilin iyul ayının 14-də Heyədr Əliyevin Azərbaycanda Kommunist Partiyasının birinci katibi təyin edilməsini xüsusi tarixi hadisə kimi qeyd ediblər.

Siyasi elmlər doktoru, professor, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndirici, 13 il YAP-ın “Yeni Azərbaycan” qəzetinin baş redaktoru işləmiş Hikmət Babaoğlu müəllim öz çıxışında deyib ki, “hazırda dəbdə olan bir ifadə var: denasifikasiya. Denasifikasiya bir milləti milli şüurdan məhrum etmək deməkdir, bir millətin milli identikliyini əlindən almaq deməkdir, bir milləti idarə olunan kütləyə çevirmək deməkdir. 1928-ci ildən (yəqin 1828-ci il demək istəyirmiş) başlayaraq (1918-1920-ci illər istisna olmaqla) düz 1969-cu ilə qədər Azərbaycanda bu denasifikasiya siyasəti həyata keçirildi”.

Saytların yığılması Saytlarin yigilmasi

Bir ölkənin siyasi elmlər doktoru, professoru, deputatı denasifikasiya (Entnazifizierung) sözünün mənasını bilmirsə, bəs qalan bisavadlar neynəsin? Adam istəyib Heydər Əliyevin hakimiyyətə gəlməsinin yeni, heç kəsin ağlına gəlməyən interpretasiyasını versin. Amma mənası çox pis alınıb.

YAP-ın əsas ideoloqlarından biri olan Hikmət Babaoğlu anlamır ki, “denasifikasiya” onun dediklərinin tam əksidir. 1945-ci ildə Potsdam konfransının qərarı ilə Almaniya və Avstriyada həyata keçirilən denasifikasiya faşist partiyasının və onun nəzarət etdiyi təşkilatlarının bağlanması; bütün faşist təşkilat və cəmiyyətlərinin buraxılması və onların yenidən meydana çıxmasının qarşısının alınması; nasist təbliğatının qadağan edilməsi; faşist başçılarının məsuliyyətə cəlb edilməsi; nasistlərin bütün vəzifələrdən uzaqlaşdırılması; ölkədə faşist qanunvericiliyinin ləğv edilməsi; təhsil sisteminin faşist doktrinalarından azad edilməsi və sair məsələləri nəzərdə tururdu.

İndi Hikmət Babaoğlu iyulun 14-də parlamentdəki çıxışında sübut etməyə çalışıb ki, Heydər Əliyev 1969-cu ilin iyul ayının 14-də hakimiyyətə gələndən sonra Azərbaycanda denasifikasiyanın, yəni antifaşist siyasətin qarşısını aldı, onu dayandırdı. Soruşan lazımdır ki, Azərbaycan hara, denasifikasiya hara? Görünür adam iki ildir Putinin Ukraynada həyata keçirdiyi “denasifikasiya” siyasətinin cazibəsinə düşüb. İndi deyək deputat anlamayıb, “son vaxtlar dəbdə olan” denasifikasiya barədə orjinal cəfəngiyyat uydurub, bəs televiziyalar niyə bu cəfəngiyyatı efirə verməklə ölkəni rüsvay edirlər?

Bəla burasındadır ki, böyük bir dəstə bisavad YAP-dakı və Milli Məclisdəki imtiyazlarından istifadə edərək elmlər doktoru, professor olublar. Yeri gəlmişkən elə bu yaxınlarda Ali Attestasiya Komissiyasının elmi katibi, Yeni Azərbaycan Partiyasının “intellektual” üzvü Şəfa Əliyev elmi dərəcələri satdığına görə ev dustaqlığına alınıb. İndi hüquq mühafizə orqanları yoxlayır ki, ondan diplom alan Cəbhəçi və müxalifətçi olubsa, onu tutub 5-10 il iş versinlər.
Cəmil Həsənli
Milli Şura sədri

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button