Loading...
Loading...
ÖLKƏ

Yardımlı: Sevindik Hətəmov və Mahir Mirzəyevin şahlıq qurduğu rayon – Savash.org

Günümüzün reallıqlarından biri də hazırda bir sıra mühüm dövlət postlarına keçmiş biznesmenlərin təyin olunmasıdır. Əslində, burada hansısa qəribəlik axtarmaq niyyətində də deyilik. Ən azından ona görə ki, biznesmenlərin dövlət qulluğunda yer almasına dair beynəlxalq praktikada da kifayət qədər uğurlu örnəklər var. Elə ölkəmizdə də siyasətə və ya dövlət idarəçiliyinə biznesdən gələn kifayət qədər şəxs var ki, onların fəaliyyəti yalnız müsbət dəyərləndirilir. Amma bir reallıq da var ki, bu həmişə belə olmur.

Hər halda yazımızın qəhrəmanı olan Yardımlı rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovla bağlı sitiuasiya tamamilə fərqlidir. Bir vaxtlar daş karxanasının müdiri işləmiş Sevindik Hətəmov icra başçısı təyin olunandan sonra da özünü “karyer müdiri” kimi aparır, bu sahədəki biznesini durmadan genişləndirir, Yardımlının problemləri isə “dizə çıxıb”. Bu haqda daha ətraflı bir qədər sonra, hələliksə…

Oxumamış “montyor” və ya daş karxanasında parlayan “ulduz”
Hətəmov Sevindik Hacıağa oğlu 1969-cu il aprel ayının 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-ci ildə Güləbird kənd orta məktəbini bitirdikdən sonra dərhal əmək fəaliyyətinə başlayıb və ilk iş yeri elə təhsil aldığı Güləbird kənd orta məktəbi olub. Sözügedən təhsil ocağında çilingər-montyor işinə düzələn gələcəyin icra başçısı düz bir il burada başını girələdikdən sonra ali təhsil almaq niyyətinə düşüb. 1981-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mühəndis-mexanik fakültəsinə daxil olan Sevindik Hətəmov ali təhsilini başa vurduqdan sonra yenidən doğulub-boya çatdığı Laçın rayonuna qayıdıb.1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis vəzifələrində çalışsa da onun oliqarx kimi parlaması “Güzdək” daş karxanasında işə düzəlməsindən sonraya təsadüf edib. 1997-ci ildə “Güzdək” daş karxanasına direktor vəzifəsinə yiyələnən Sevindik Hətəmov burada özünə əməlli-başlı “gün ağlaya” bilib.

Karyer müdiri əvvəlcə millət vəkili, sonra isə icra başçısı olur
“Güzdək” daş karxanasındakı fəaliyyəti artıq Sevindik Hətəmova böyük kapital, hörmət və lazımı dairələrə giriş fürsəti tanımışdı. Məhz bu üstünlüklərindən istifadə edən Sevindik Hətəmov Azərbaycan hakimiyyətində təmsil olunan çox nüfuzlu bir məmurun kölgəsinə sığınaraq siyasi karyerasını qurmağa başlayır və bu onda pis alınmır. 2005-ci ildə deputat mandatı qazanan Sevindik Hətəmov artıq sıradan biri deyildi və bu onun hakimiyyət düşərgəsində qəbul olunmasının bariz göstəricisi sayıla bilərdi. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri vəzifəsində də çalışan Hətəmov daha sonra Prezidenti Administrasiyasında işlə təmin olunur. PA-da Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışan Sevindik Hətəmov 2012-ci ilin aprel ayında Yardımlı rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyion olunur və bu günə qədər də həmin vəzifədə çalışır.

Yardımlıda “at oynadır”, Bakıda “tavan” verir
Bu Yardımlı rayon icra hakimiyyəti başçısının rəsmi tərcümeyi-halıdır. Əslən laçınlı olan icra başçısının həyatında daha çox diqqəti çəkən məqam daş karxanasında rəhbər olmasıdır. Amma o hansı vəzifələri tutmasından asılı olmayaraq hər zaman “karyer biznesi”nə sadiq qalıb və hazırda da onun bir neçə daş karxanasının olduğu haqda məlumatlar var. Onu da bildirək ki, Yardımlıda “hakimi mütləq olan ”S.Hətəmovun karxana biznesi problemsiz ötüşmür. Bir müddət öncə Güzdəkdəki karxanasında Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun təzyiqi ilə üzləşərək məğlub olan Yardımlı rəhbəri indi də eyni aqibəti Qaradağ rayon icra başçısı ilə yaşayıb. Belə ki, Süleyman Mikayılov rayon ərazisindəki bütün sahibkarlardan öz adamları vasitəsilə xeyriyyə aksiyasına qoşulmağı tələb edib. Qaradağda ən çox sahibkarların cəmləşdiyi və daş karnalarına sahib olan sahibkarlardan bu məbləğ alınıb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Qarabağda bir neçə daş karxanasına sahib olan Yardımlı rayonunun icra başçısı Sevindik Hətəmovla Suleyman Mikayılov arasında qalmaqal daha da böyüyüb. Verilən məlumata görə ümumilikdə Qaradağda 10 karxanaya və üzlük daş istehsalı sexinə sahib olan Sevindik Hətəmov bu aksiyada iştirak etməkdən imtina edib və bu aksiyanın əsl mahiyyətini anlamadığını bildirib. Sevindik Hətəmovun tələb olunan pulu elan olunan bank hesabına köçürmək istəməməsi Süleyman Mikayılovun qəzəbinə səbəb olub. Bundan sonra 2 gün Sevindik Hətəmovun karxanalarına elektrik enerjisi verilməyib. Bundan sonar Sevindik Hətəmovun karxanalarını idarə edən yaxını Miri adlı şəxs Süleyman Mikayılovun adamları ilə görüşərək razılığa gəlib.

Gözdən qaçırmayın:  Sberbank Avropa bazarını tərk edir

Yardımlını kimlər və necə talan edir?
O ki, qaldı S.Hətəmovun Yardımlı rayonu idarə etməsinə qısa şəkildə onu deyək ki, bu gün Azərbaycanın sosial şəraitinə görə ən geridə olan rayonlarından biri Yardımlı rayonudur. Sözsüz buna əsas səbəb son illər rayona rəhbərlik edən icra başçılarının səriştəsiz idarəçiliyidir və bu ənənəni indi də Sevindik Hətəmov davam etdirir. S.Hətəmovun idarəçilik sistemi rayonun talanması üzərində qurulub ki, bu prosesin də əsas aparıcı fiquru icra başçısının müavini Mahir Mirzəyevdir. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız qısa araşdırmalar nəticəsində məlum oldu ki, Mahir Mirzəyev səlahiyyətlərindən istifadə edərək yaxın qohumlarını ayrı-ayrı vəzifələrə yerləşdirib. Məsələn, onun əmisi oğlu Akif Mirzəyev Yardımlı Əhalinin Sosial Mğdafiəsi Mərkəzində, qaynı Vüqar Məmmədov Yardımlı Rayon Polis şübəsinin müavini, xalası oğlu Rakif Səlifov gənclər və idman idarəsinin rəisi, bibisi oğlu İlham Abdulov qaz idarəsinin mühəndisi, bacanağı Elman İsmayılov meşə idarəsinin mühasibi, digər bacanağı Asif Təhməzov meşə idarəsinin inspektoru, əmisi oğlu Elzin Mirzəyev RİH-in müavini vəzifələrində işləyir.
Onu da bildirək ki, 2006-cı ildən vəzifə başında olan Mahir Mirzəyev indiyə kimi xeyli sayda şirkət qeydiyyatdan keçirib. O bu günə kimi tender yolu ilə keçirilən bütün proseslərə nəzarət edir. Elə buna görədir ki, bu məqsədlə ayrılmış pullar yalnız onun şirkətlərinə axır. Mahir Mirzəyevin indiyə qədər işlədib, sonra da vergidən yayınmaq üçün ləğv etdiyi şirkətlərin siyahısına “Bəhruz”, “Deman”, “Savalan 2008″, “Səbuhi”, “Göy göl”, “Naxis”, “Veteran”, “Caspian Fruit Co”, “Amid”, “Habil”, “Rəşad”, “Qadir 1960″ və “Reyhan” MMC-lər daxildir. Adını çəkdiyim bu şirkətlər fəaliyyətlərini dayandırıb. Mahir Mirzəyev və Sevindik Hətəmov hazırda bəzi tender əməliyyatlarını “Kainat 79″, “Qafqaztikintiquraşdırma”, “Sanofen”, “Trendservis”, “RMT inşaat, “Terminal-A”, “Azadlıq LTD”, “Constella”, və “Sistem X” MMC-lər vasitəsilə həyata kezirirlər. Bakıda qeydiyyatdan kezirilmiş firmaların rəhbərləri ilə Mahir Mirzəyev ayda bir dəfə görüşür. Məqsəd onlardan vəsaiti nağd şəkildə alıb, şəxsən kiməsə verməsidir.

Mahir Mirzəyev 6 saylı Vergilər idarəsində işləyın yaxın dostu və şəriki İqbal Rzayevin səyi nəticəsində 10 larla yaradılmış kiçik müəssisələr vasitəsilə rayon büdcəsində bütün tenderlərin qalibidir. Bunu niyə İqbalın əli ilə yaradıb çünki bu müəsisələr bir il keçmdədən fəaliyyəti dayandırılaraq vergi yoxlamasına düşməsin deyə. Ayrı ayrı insanların adına yaradılmış müəssisələr rayon icra hakimməyətində çöldən çölə işçi kimi saxlanılan Habil adlı şəxsin mühasibatlıgında aparılır. Yəni Habil yaradılmış müəssisələrin möhürünü gəzdirərərək onları sənəsləşdirir və hesabat aparır təbii ki Mahirin nəzarəti altında. Bu müəssisələr barədə təkcə bir maraqlı faktı desək cox gülməli çıxacaq beləki rayon icra hakimiyyətində çayçı işləyən Şabiyev Qənbərin adına yaradılmış müəssisə. Məhşur türk kino ulduzu Kamal Sunalın bir filmində çarıqlı milyoner kimi ….. məhz Qənbər kişi buna bənzəyir. Yazığın xəbəri yoxdu ki, onun adıyla milyonlar yeyilir. Belə Qənbərlər bütün müəssisələrə aiddir təbiiki. Bir sözlə rayon büdcəsi M.Mirzəyevin xəbəri olmadan bir qara qəpik xərcləyə bilməz.
*** *** ***
Növbəti yazımızda Mahir Mirzəyevin Yardımlıda vəzifə tutan digər qohumları, hansı məmurun diplomunun saxta olması və icra başçısı Sevindik Hətəmovun özbaşına əməlləri barədə şok faktları açıqlayacağıq. Onun rayonu hansı prinsiplərlə idarə rtməsinə dair şok məlumatlarla isə növbəti yazımızda tanış ola biləcəksiniz. Eyni zamanda növbəti yazımızda aşağıdakı suallara cavab tapmağa çalışacağıq:
– Sevindik Hətəmov hansı nüfuzlu məmurun adından sui-istifadə edib?
İcra başçısının biznes imperiyasına hansı obyektlər daxildir?
– Yardımlıda görülən işlərlə bağlı həyata keçirilən şübhəli tender əməliyyatlarının şok tədərrüatları…
– Tender əməliyyatında icra başçısının “sağ əli” kimdir?
– Sevindik Hətəmov “daş karxanalarımı satmışam” açıqlamasını kimə və hansı səbəbdən verib?

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button