2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Yataqxanasız universitetlərin büdcədən aldığı milyonlar

Bizimyol.info portalı ali təhsil müəssisələrinə dövlət büdcəsindən ayırmaları araşdırıb. Bu gün tələbələri yataqxanaya həsrət qalan Bakı Dövlət Universitetinə (BDU) hər il dövlət büdcəsindən birbaşa xərclər nəzərdə tutulur. Özü də bu vəsaitlər kifayət qədər böyükdür. Belə ki, 2011-ci ildə dövlət büdcəsindən bu ali təhsil müəssisəsinə 14 993 057, yuvarlaq götürsək, 15 milyon manat ayrılıb. Həmin il Prezident yanında Dövlət İdarəçilik Akademiyasna 1 866 032 manat, Azərbaycan Dövlət Neft Akademiyasına 10 626 451 manat, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasına 4 408 115 manat, Azərbaycan Dövlət Aqrar Universitetinə 4 414 418 manat, Azərbaycan Dövlət Tibb Universitetinə 15 789 827 manat, Azərbaycan Dövlət İqtisad Universitetinə 9 681 743 manat, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına da 4 319 571 manat vəsait verilib.

2012-ci ildə BDU-ya dövlət büdcəsi xərclərindən 10 454 348 manat, Prezident yanında Dövlət İdarəçilik Akademiyasına 1 304 147 manat, Azərbaycan Dövlət Neft Akademiyasına 7 323 439 manat, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasına 5 532 574 manat, Azərbaycan Dövlət Aqrar Universitetinə 2 993 526 manat, Azərbaycan Tibb Universitetinə 13 868 798 manat, Azərbaycan Dövlət İqtisad Universitetinə 6 402 138 manat, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına 4 923 573 manat yönəldilib.

2013-cü ildə BDU-ya birbaşa verilən vəsaitlər 2.6 dəfə azaldılaraq 4 016 623 manata çatdırılıb. Prezident yanında Dövlət İdarəçilik Akademiyasına 493 875 manat, Azərbaycan Dövlət Neft Akademiyasına 3 361 470 manat, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasına 9 198 023 manat, Azərbaycan Dövlət Aqrar Universitetinə 1 318 938 manat, Azərbaycan Tibb Universitetinə 8 300 003 manat, Azərbaycan Dövlət İqtisad Universitetinə 2 701 857 manat, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına da 5 989 975 manat büdcədən pul ayrılıb.
2014-cü ildə BDU-nun hesabına 1 439 548 manat vəsait köçürülüb. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının mərkəzləşdirilmiş xərcləri 337 075 manat, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının 12 218 976 manat, Azərbaycan Tibb Universitetinin 7 848 222 manat, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialınınkı da 6 989 928 manat təşkil edib.
2015-ci ildə də dövlət büdcəsindən BDU-ya 1 439 548 manat yönəldilib. Azərbaycan Tibb Universitetinə 7 732 829 manat, Prezident yanında Dövlət İdarəçilik Akademiyasına 319 951 manat, “ADA” Universitetinə 17 556 000 manat, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına 8 014 565 manat ayrılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu ilin dövlət büdcəsindən BDU-ya 1 389 388 manat, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına 256 217 manat, “ADA” Universitetinə 17 556 000 manat, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına 8 014 565 manat, İ.M. Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialına 4 012 800, Azərbaycan Tibb Universitetinə 5 352 072 manat nəzərdə tutulub. Göründüyü kimi, son dörd ildə bir neçə ali təhsil müəssisəsinə büdcədən birbaşa maliyyə ayırmaları dayandırılıb. Xüsusilə də Dövlət Neft Akademiyası, Dövlət İqtisad Universiteti, Aqrar Universitet siyahıdan çıxarılıb, İdarəçilik Akademiyası və BDU-ya verilən pulların məbləği əhəmiyyətli şəkildə azaldılıb. “ADA” Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı, İ.M. Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Azərbaycan Tibb Universiteti büdcədən aldıqları məbləğə görə liderlik edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button