2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yeni Azərbaycan Partiyasının fəalı 10 il azadlıqdan məhrum edilib

Hakim Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Cəbrayıl Fərzəliyev dələduzluq və mənimsəməyə görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

O, “Pashabank”ın 342 min manat  və Dövlət Gənclər Fondunun 395 min manat vəsaitini mənimsəməkdə ittiham olunub.

Məhkəmədə Fərzəliyev dələduzluq ittihamını rədd edib, lakin “səhlənkarlığa” yol verdiyini etiraf edib.

Saytların yığılması Saytlarin yigilmasi

Fevralın 19-da o, son sözündə deyib ki, bankla müqaviləsi varmış və tədricən “Pashabank”ın vəsaitlini geri qaytarmağa hazır olub.

Fərzəliyevin vəkili bildirib ki, onun hərəkətlərində cinayət tərkibi olmayıb və Gənclər Fondu mülki iddia qaydasında vəsaiti tələb edə bilər.

Cəbrayıl Fərzəliyev həm də Dövlət Beynəlxalq Araşdırmalar Mərkəzinin sədrinin müşaviri olub. Mediada politoloq kimi çıxışlar edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button