Loading...
Loading...
Texnologiya

Yeni orta büdcəli Nokia G21 smartfonu təqdim olunub – QİYMƏTİ

    Nokia brendi Nokia G21 adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Sözügedən smartfon təkmilləşdirilmiş kameralara, sürətli şarj texnologiyasına, kompakt ölçülərə və azaldılmış qalınlığa sahibdir. Smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.5 düym LCD ekran ilə təchiz olunub. Enerji sərfiyyatına qənaət rejimində ekranın təsvir yenilənməsini 90 Hz-dən 60 Hz-ə endirmək mümkündür. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib. Barmaq izi skanı texnologiyası isə smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

    Əsas texniki göstəricilərə gəldikdə, Nokia G21 modeli 6 nüvəli 12 nanometrlik Unisoc T606 prosessoru, 4 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 2 MP + 2 MP üçlü arxa kamera, 5 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5050 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, smartfonun yuxarı hissəsində naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş ənənəvi 3.5 mm-lik giriş də mövcuddur. Nokia G20-dən fərqli olaraq yeni smartfonun qalınlığı 9.2 mm-dən 8.5 mm-ə endirilib. Smartfon Android 11 vasitəsilə çalışır. Lakin buna baxmayaraq Nokia G21 iki əməliyyat sistemi yenilənməsini əldə edəcək. Yəni smartfon Android 12 Android 13-ə kimi yenilənəcək. Smartfon yaxın zamanda Avropa bazarında satışa çıxacaq və 170 avro qiymətində satılacaq.

24 saat” “Yeni orta büdcəli Nokia G21 smartfonu təqdim olunub – QİYMƏTİ” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Məlumatların saniyədə 10 Gbit sürətlə ötürülməsi: Qualcomm Snapdragon X70 5G modemi təqdim edilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button