2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yeniyetmələr arasında zorakılıq və qısnama: Kimlər daha çox məsuliyyət daşıyır? – TƏHLİL

Xəbər verdiyimiz kimi, dünən sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülər yayılıb. Qeyd edək ki, bu hadisə orta məktəblərdə və yeniyetmələr arasında baş verən ilk xoşagəlməz hadisə deyil. Gələcəkdə də bu cür hadisələrin baş verə biləcəyi istisna deyil.

Bəs, bu tip zorakılıq və qısnama hərəkətlərinin azalması üçün nələr edilməlidir?  Ümumiyyətlə, uşaq və gənclərin mənəvi inkişafı üçün hansı kompleks tədbirlər həyata keçirilməlidir?

Məsələ ilə bağlı Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev Gununsesi.info-ya danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Etibar Əliyev

Deputat hesab edir ki, məktəb şagirdə normal təhsil verməlidir, fənlər üzrə proqramların mənimsəməsinə şərait yaratmalıdır və ona çalışmalıdır. “Məktəbin ən mühüm funksiyası isə tərbiyəvi funksiyadır. Müəllimlər tərbiyə funksiyasını öz üzərlərindən ata bilməzlər”, – deyə o əlavə edir.

İnformasiya dövründə yaşadığımıza diqqət çəkən deputat bildirib ki, informasiya-kommunikasiya texnologiyalarından hətta bağça uşaqları da istifadə edir: “Xüsusilə çoxfunksiyalı telefonların şagird psixologiyasına təsiri çox böyükdür. Biz bunu hələ də normal şəkildə araşdıra bilməmişik. Dünyanın bir çox ölkələrində bu məsələ geniş şəkildə araşdırılır. Mənə təəccüblü gələn bir məsələ var. Sosial şəbəkələrdə bir mənbədən təlimatlanmış şəxslər bütün məsuliyyəti valideynin üzərinə atır. Axı məktəbin də funksiyaları, vəzifələri var”.

E.Əliyevin sözlərinə görə, “zənn edək ki, valideynlərin böyük bir qisminin ali təhsili yoxdur”. “Axı onlar övladlarını körpə yaşından tərbiyə edirlər. Sonra məktəbin ixtiyarına verilir. Məktəbin ixtiyarına veriləndən sonra müəllim tərbiyəçi funksiyasını da yerinə yetirməlidir. Ola bilər ki, valideyn psixologiyanın, pedaqogikanın elmi əsaslarını bilmir. Axı bu metod müəllimlərə ali məktəblərdə tədris olunur. Bu gün bəlanın kökündə məktəblərdə dərslərin keçirilməməsidir. Kütləvi şəkildə şagirdlər dərslərdən yayılır. Bu isə bilərəkdən edilir. Repititor institutu geniş yayılıb. Uşaq müəyyən vaxtı məktəbdə olmalıdır. Bir daha qeyd edirəm bunlar məktəbin məsuliyyətidir. Valideyn var ki, səhər işə gedib, axsam gəlir. Övladının təhsili ilə bağlı bir neçə sual verə bilər. Bununla yanaşı məktəb öz üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir.

Bu gün hara baxırıq uşaqlar əllərində test kitabçaları küçələrdə, ictimai nəqliyyatdadırlar. Əgər bir fənnin mənimsəməsində problem varsa, uşaqların məktəbdə olması çox vacib şərtdir.

Eyni zamanda, müəllim şagirdin məktəbdən kənar pozitiv rəftarlar üçün valideynlər ilə mütəmadi pozitiv əlaqələr qurmalıdır. Kompleks yanaşma olmalıdır.

Bu gün valideyn övladına dövlətin ayırdığı vəsaitdən iki, üç dəfə artıq əlavə biliklər almaq üçün vəsait ayırır ki, övladı hansısa ali məktəbə daxil olsun. Yəni valideynin bu funksiyası var”, – deyə o bildirib.

Gununsesi.info-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu isə bildirib ki, müəllim hazırlığına və ümumiyyətlə, yaxşı müəllim formalaşması üçün pedaqoji təhsilə yenidən baxmaq lazımdır.

Əhməd Qəşəmoğlu

“Məktəb özünün funksiyasını nə qədər ki, yerinə yetirməyəcək, bir o qədər də neqativ halların sayı artacaq. Məndə olan məlumata görə, məktəblərdə valideyn iclasları da ara-sıra keçirilir. Valideyn iclasları mütəmadi olaraq keçirilməlidir. Ən azı həftədə bir dəfə. Daha bir mühüm səbəb. Burda müəllim hazırlığına yenidən baxmaq lazımdır. Yaxşı müəllim formalaşması üçün pedaqoji təhsilə yenidən baxmaq lazımdır”, – deyə o əlavə edib.

Ə.Qəşəmoğlu qeyd edib ki, tək müəllimlər yox, həm də direktorlara da diqqət edilməlidir: “Bu gün direktorların böyük bir qismi özlərinin məsuliyyətini kənara çəkiblər. Direktor böyük şəxsiyyət olmalıdırlar. Bu, bütün dünya təcrübəsində belədir. Müasir dövrdə biz məktəblərimizi qorumalıyıq. Məktəbi qorumağı bacarmayan cəmiyyət heç bir məsuliyyətdən danışa bilməz. Maddiyyat üzərində heç bir təhsil sistemi normal inkişaf edə bilməyəcək”.

O vurğulayıb ki, məsuliyyət daha çox ölkədə olan sosial və humanitar siyasətə məhsul olan qurumların üzərinə düşür:

“Lazımi konsepsiya hazırlamadan, ölkədə mexanizmləri qurmadan bu sahədə vacib olan işləri görmədən, heç nə demək olmur. Əvvəl bu sahənin özünün tənzimləməsi üçün konkret sosial siyasət müəyyənləşməlidir. Ona uyğun olaraq da prinsiplər hazırlanır və həyata keçirilir.

Ancaq eşidirik ki, qızlar üçün xüsusi müəssisələr yaradılır. Nə zaman? Nə vaxt olacaq? Şəhər salınır bəyəm? 

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə söyləyib.

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button