2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Yerevandan rəy: «Moskvaya Ermənistan-Azərbaycan münaqişəsinin davam etməsi lazımdır»

“Jamnews”un materialı əsasında

«Ermənistanla Azərbaycan arasında sülh prosesinin Rusiya modelində «dəhliz», yəni yolların Ermənistan tərəfinin nəzarəti olmadan açılması, sərhədlərin sonu görünməyən delimitasiyası və Moskvanın Cənubi Qafqazdakı mövqelərinin güclənməsi nəzərdə tutulur»,- politoloq Areq Koçinyan bu fikirdədir.

Bununla belə, onun fikrincə, həmin bəndlərin heç biri Azərbaycanla davamlı sülhə aparıb çıxarmayacaq. Ekspert deyir ki, «bu, daimidir, Rusiya sülh müqaviləsini yox, sadəcə prosesi arzulayır», yəni münaqişənin tənzimlənməsində deyil, özünün iştirakı ilə müzakirələrdə maraqlıdır.

Saytların yığılması Saytlarin yigilmasi

«Moskvaya yekun nizamlama lazım deyil»

Areq Koçinyan qeyd edir ki, Ermənistanla Azərbaycanın münasibətlərinin birdəfəlik nizamlanması Moskvanın planlarına daxil deyil. Ona «lap Qarabağsız olsa belə» münaqişənin davam etməsi gərəkdir:

«Əgər münasibətləri tənzimləmək alınsa, tərəflər xeyli dərəcədə Rusiyanın təsirindən və dəyənəyindən azad olacaqlar».

Politoloqun fikrincə, Qərb də bölgədəki proseslərdən kənarda qalmaq istəmir, ancaq hansı səviyyədə iştirak etmək istədikləri bəlli deyil. Koçinyan bildirir ki, Türkiyə və Rusiya özlərinin bölgədəki rolunu qoruyub saxlamaq üçün yetərincə enerji, resurslar və siyasi iradə ortaya qoyub. Ancaq Qərbin bu məqsədlə nələr etməyə hazır olduğu aydın deyil.

«Üç ssenari mümkündü

Areq Koçinyan hadisələrin inkişafının üç ssenarisini təsvir edir:

·   «Azərbaycan problemin nizamlanmasına razıdır, Ermənistana qarşı heç bir ərazi iddiası irəli sürmür və bütün bunlara Qərb siyasi qarant durur»;

·   «Qərb Azərbaycanı danışıqlar masasına əyləşdirməyi bacarmır, ancaq bölgəni birdəflik itirməmək üçün bu formatı təklif edir: Azərbaycanı Türkyə və Rusiya, Ermənistanı isə Qərb ölkələri dəstəkləyir»;

·   «Sülhə nail olunmur, Qərb öz üzərinə yetərincə məsuliyyət götürmür, Ermənistan isə Rusiya-Türkiyə razılaşmaları ilə mübarizədə tək qalır».

Politoloqun sözlərinə görə, birinci və ikinci ssenari Qərbin maraqlarına uyğundur. Və əgər onlar reallaşmasa, Ermənistan Türkiyə və Azərbaycanla «dinc yanaşı yaşamaq formulu»nu tapmalı olacaq.

«Pis variant onda deyil ki, hətta güzəştlər bahasına Azərbaycan və Türkiyə ilə razılaşmaya getmək lazım olacaq. Pis variant ondadır ki, bu güzəştləri sənin üçün başqası edəcək və sənin əvəzinə başqası razılığa gedəcək. Sonra isə sən baş verənləri qəbul etməyə məcbur qalacaqsan və əvəzində heç nə almayacaqsan», – Koçinyan deyir.

«Ermənistan Türkiyəyə və Azərbaycana iqtisadi tərəfdaşlıq təklif etməlidir»

Analitik hesab edir ki, bölgədə uzunmüddətli sülhün bərqərar olması üçün aşağıdakı həqiqət nəzərə alınmalıdır: təkcə müharibə tərəfi ilə yox, həm də qarşılıqlı mənfəət münasibətlərinin olduğu tərəflərlə də savaşırsan. Odur ki, Koçinyanın fikrincə, Ankara və Bakı üçün iqtisadi tərəfdaş rolunda çıxış etməyə də cəhd olunmalıdır:

«Biz bacardıqca çox infrastruktur və enerji layihələri işləyib hazırlamalı, onları mütəmadi yeniləməliyik».

Bundan əlavə, Koçinyan bildirir ki, Ermənistan özünün müdafiə imkanlarını möhkəmlətməlidir. Söhbət təkcə silahlı qüvvələrin yenidən formalaşdırılmasından yox, həm də hərbi-siyasi əlaqələrin yaradılmasından gedir. Burada «bu siyasi mübarizədə Ermənistanın ləğvini və ya bundan sonra da zəifləməsini görməyə» hazır olmayan dövlətlərlə əməkdaşlıq nəzərdə tutulur.

Koçinyan qeyd edir ki, sülh qüvvələrin balansı halında əldə olunur, ona görə də Ermənistan ərazi bütövlüyü və suverenliyini müdafiə etməklə bağlı qarşısında dayanan problemləri həll etməlidir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button