2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yerevanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması Qərbin xidmətidir – M.Zaxarovanın etirafı

Moskva və KTMT-nin Dağlıq Qarabağda münaqişə gərginləşdiyi dövrlərdə Ermənistana kömək etmədiyi haqqında bəyanatlar yalandır, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Zvezda” telekalının efirində bildirib. 

Qərb ölkələri Ermənistanın Dağlıq Qarabağdan rəsmi imtinası mövzusunu irəli sürürdülər, deyə o qeyd edib. NATO-luların diktəsi ilə yazılan sənədlərdə tanınmamış respublikanın sakinlərinin hüquqları heç bir şəkildə toxunulmayıb və ya onların hüquqlarına zəmanət verilməyib.

“Rəsmi Yerevan bu qərarı Qərblə məsləhətləşmələrdə sonra qəbul edib”, deyə o bildirib. “Əsas odur ki, indi, Yerevanda hakimiyyət digər ərazilər, kəndlər və s. ilə bağlı sərəncam verərkən bunu unutmasın, öz qərarlarına görə məsuliyyət daşısın və təqsiri heç kimin üstünə atmasın”, deyə Zaxarova sözünə davam edib.

Saytların yığılması Saytlarin yigilmasi

Başqa sözlə, Moskvanın nümayəndəsi Paşinyanın Qazax rayonunun kəndlərinin Azərbaycana qaytarılması zərurəti haqqında bəyanatlarını müsbət qarşılamadığını ifadə edib. 

Qarabağa gəlincə, Moskva bir daha təsdiq edib ki, bu regionun Azərbaycanın tərkib hissəsi kimi tanınmasının tərəfdarı deyildi və Yerevan bunu Qərbin tövsiyəsi ilə edib.

Bəs bu vəziyyətdə Azərbaycanın dostu və strateji tərəfdaşı kimdir, Rusiya, ya Qərb?

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button