2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SosialXəbərlər

“Yevlax rayonunda məcburi köçkünləri istilik problemi həll edildi”

Məcburi köçkünlər bildirirlər ki, 24saat.org problemi işıqlandırdıqdan sonra məsələ həllini tapıb


Yevlax rayonunda məskunlaşan məcburi köçkünlərin istilik problemi həll edilib. Bu barədə 24saat.org saytına həmin binada yaşayan sakinlərdən Rabil Məmmədov məlumat verib:

“5 mərtəbəli binalarda yaşayan 615 ailə sizlərə evlərin istilik və isti su problemləri barədə müraciət etdikdən sonra problem 70 faiz aradan qaldırıldı. Evlərdə 6 ildir ki, istiliyin nə olduğunu bilmirdik. Çox sağ olun, bizlərə kömək etdiyiniz üçün 615 ailə adından sizlərə öz təşəkürümüzü bidiririk”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək Yevlax rayonunda məskunlaşan məcburi köçkünlər üçün inşa edilən qəsəbənin sakinləri 24saat.org-a müraciət edərək, istilik sisteminin işləmədiyindən şikayətlərini bildirmişdilər:

“5 mərtəbəli binalarda yaşayan 615 ailə soyuqdan donur. 6 ildir ki, bu problem davam edir. Bina istifadəyə verildikdən sonra yeraltı istilik sistemləri tez bir müddətdə sıradan cıxdı. Ötən il 24saat.org saytı vasitəsilə prezident İlham Əliyevə müraciət etdikdən sonra problem aradan qalxmışdı. Yəni təzə borular çəkildi. Hamımız sevindik ki, şükür, bizim uşaqlar da isti bir evdən məktəbə gedəcəklər. Ancaq Yevlax istilik istismar idarəsi bu il də binalara istilik vermədi. Halbuki qazanxanada hər bir şərait var.”

Onlar qeyd edir ki, bu binaların istilik pulu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən istilik təchizatı idarəsinə hər ay ödənilsə də, istilik verilmir:

Ötən il problem həll edilsə də, bu il yenidən eyni vəziyyəylə üzləşiblər. “Ötən ilə qədər Yevlax istilik idarəsindən boruların köhnə olmasını bəhanə gətirirdilər. Sizin yazılarınız sayəsində ötən il yeni borularla əvəz edildi. Amma indi yenə vəziyyət əvvəlki kimidir. Halbuki bu binaların istilik pulu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən istilik təchizatı idarəsinə hər ay ödənir. Ancaq bunlar istilik verməkdən boyun qaçır. Bərdə, Ağcəbədi, Gəncə, Qəbələ və digər rayonlarda yerləşən məcburi köçkün binalarının hamısı istiliklə təchiz edilib. Bircə Yevlaxda bu problem həll edilmir”

Qeyd edək ki, ötən il da sakinlər 24saat.org-a müraciətlərində bildiridilər ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi hər ay Yevlaxdakı “istilik idarəsi”nə 18 min manat vəsait ödəsə də, onlara istilik verilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button