2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Yiyələrinin yeri möhkəm idi deyə, onlara toxuna bilmirdilər”

Elçin Şıxlı: “Bu gün isə yıxıb-sürüyürlər”

Ayna.az saytının baş redaktoru Elçin Şıxlı Moderator.az -a açıqlamasında DTX tərəfindən həbs edilən “reket” jurnalistlər və onların arxasındakı məmurlardan danışıb.
 E.Şıxlının sözlərinə görə, əslində həmin şəxslərin nə ilə məşğul olduğu bundan öncə də bəlli olsa da, onların məhz indiki dövrdə cəzalandırılmasının konkret səbəbi mövcuddur:
“Əksər saytların və qəzetlərin yiyələri var. Bu yiyələr isə bizim məmurlardır. Məmurların da bir çoxu media strukturlarının bir-birinə qarşı kompromat müharibəsindən bəhrələnir. Bu gün baş verənlər onu göstərir ki, bir məmurun mövqeləri zəifləyib və indi digərləri onun əlindəki bütün strukturları məhv edir. Guya bu vaxta qədər həbs edilənlərin nə işlə məşğul olduğunu bilmirdilər? Sadəcə olaraq, yiyələrinin yeri möhkəm idi deyə onlara toxuna bilmirdilər. Indi zəiflədiyi üçün yıxıb-sürüyürlər. Hər şey ortadadır və burada dərin bir şey axtarmağın mənası yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button