2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

YouTube fenomeni qadından dəhşətli etiraf: Görün, övladlarına necə işgəncə verib… – FOTO

[

Ruby Franke adlı sosial media fenomeni 12 yaşlı oğlunu mayın 22-dən avqustun 30-dək saatlarla çöldə işlətdirərək ona işgəncə verdiyini və qaçmağa çalışarkən ayaqlarını bağladığını etiraf edib.

Gununsesi.info xəbər verir ki, məhkəmə sənədinə görə, “8 Passengers” adlı YouTube kanalı ilə tanınan Franke uşaqlarını “təkrarlanan və şiddətli günəş yanığı” keçirənə qədər işlədib. O, övladına da saatlarla fiziki təzyiq göstərib. İyul ayında oğlu qaçmaq istəyəndə qorxulu qadın onun əl-ayağını bağlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

O da məlum olub ki, fenomen ana övladının yaralarını ancaq homeopatik dərmanlarla və yapışqanla örtməklə “müalicə edib”.

Uşaq istismarında ittiham olunana qədər YouTube hesabında valideynlik tövsiyələrini səsləndirən Franke bazar ertəsi günü günahını etiraf edib, lakin yenə də “qurban verən ana” olduğunu israr edib.

İddiada həmçinin qeyd olunub ki, Franke oğlunu çəkmə geyinərkən təpiklədiyini, başını suyun altında saxladığını və əllərini ağzına sıxaraq oksigenini kəsdiyini etiraf edib.

YouTuber-in 9 yaşlı qızına da zorakılıq etdiyi, fiziki tapşırıqları yerinə yetirməyə məcbur etdiyi, yemək və su vermədiyi öyrənilib.

Franke iki uşağına onların işgəncələrinin “sevgi aktı” olduğunu və onların hər ikisinin “şər və şeytani” olduğunu söyləyib.

İddia razılaşmasına əsasən, Franke ardıcıl olaraq davam edən həbs cəzalarına məhkum edilib. Hər bir ittiham bir ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutur. O, hökm oxunmaq üçün fevralın 20-də yenidən məhkəmə qarşısına çıxacaq.

Xoşbəxt görünən ailənin yer aldığı “8 Passengers” YouTube kanalı 2,5 milyon abunəçiyə çataraq Franke, əri Kevin və altı uşağının həyatını izləyicilərinə çatdırıb.

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button