2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Zəfər Günü münasibətilə yeniyetmə məhkumlar şəhər gəzintisinə çıxarılıb

8 noyabr – Zəfər Günü və Şuşa Şəhəri Gününün qeyd edilməsi ilə əlaqədar Penitensiar Xidmətin tərbiyə müəssisəsində saxlanılan və yetkinlik yaşına çatmayan 3 məhkumun şəhər gəzintisi təşkil edilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, ilk olaraq onlar Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, onların xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Sonra Şəhidlər xiyabanında şəhidlərimizin əbədi xatirəsi yad edilib.

Vətənpərvərlik hisslərinin aşılanması, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində qələbəsinin və ərazi bütövlüyümüzün bərpasının simvollarından biri olan Hərbi Qənimətlər Parkına səfər təşkil olunub.

Yetkinlik yaşına çatmayan məhkumlar üçün nahar yeməyi, maraqlı əyləncələr və digər oyun proqramları təşkil olunub.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button