2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Zəfər Günü – müqəddəs amala çatmaq yolunda bütün maneələri aşa bilmək gücünün təcəssümü – RƏY

“Zəfər Günü Azərbaycan üçün ilk növbədə müstəqil dövlətin və xalqın ərazi bütövlüyü kimi müqəddəs amala çatmaq yolunda bütün manələri aşa bilmək gücünün təcəssümüdür”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Onun sözlərinə görə, bu tarixi hadisə xalqla dövlətin birliyinin, cəmiyyətlə dövlətin həmrəyliyinin, hər bir vətəndaşın, fərdin ümummilli hədəflər naminə səfərbərliyinin göstəricisidir: “Bu gün Azərbaycan xalqının qırılmaz əzminin və dəmir iradəsinin zəfər günüdür. Xalqımızın 30 illik mücadiləsi, öncə Ulu Öndər Heydər Əliyevi özünün xilaskarı qismində görməsi və ətrafında birləşməsi, sonra isə Prezident İlham Əliyevə etimad göstərib onun ardınca addım-addım qələbə gününə doğru irəliləməsi bu şanlı tarixin əldə edilməsi yolunda silahımız oldu. Qələbə təkcə Azərbaycan ərazisini işğal altında saxlayan, torpaqlarını zəbt, tarixini qəsb edən, saxtalaşdırmağa cəhd göstərən düşmən üzərində deyil: “Bu zəfər həm də düşməni 30 il ərzində himayə edən, böyüdüb-bəsləyən, əlinə silah verən, danışıqlarda arxasında gizlədən, beynəlxalq təşkilatlarda müdafiə edənlər üzərindədir. Çünki bu dönəmdə çoxları bizə təlqin etməyə çalışırdılar ki, mövcud vəziyyət reallıqdır və biz hər şeyi unudub bu gerçəkliklə barışmalı, torpaqlarımızı erməni separatçılarına güzəştə getməliyik. Tariximizi, böyüklərimizin bizə qoyub getdiyi irsimizi unutmalıyıq, düşmənə səssiz təslim olmalıyıq. Bu baxımdan, hesab edirəm ki, qələbəmiz həm də qlobal geosiyasi plan, əməliyyat və onların müəllifləri üzərində qazandığımız zəfərdir”.

“Biz bu nailiyyətlə, Vətən müharibəsi günlərində və sonrakı üç ildə böyük bir axına əks gedərək xalqımızın əzmini, dirənişini əzib keçmək istəyən böyük güclərin oyununu pozmuşuq. Məhz buna görə də dünyada heç kim bu qələbəni sadəcə olaraq iki ölkə, iki xalq arasındakı müharibənin nəticəsi olaraq qiymətləndirməməlidir. Biz II Qarabağ savaşına ona görə Vətən müharibəsi deyirik ki, bu, təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də verdiyimiz ümumxalq mücadiləsidir. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mətin ordumuzun qazandığı şəksiz qələbədir. Çoxları düşünür və ümid edirdilər ki, dövlətimiz 5, yaxud maksimum 7 rayonun qaytarılması ilə kifayətlənəcək. Ancaq müharibənin gedişi nümayiş etdirdi ki, biz torpağımızın hər qarışı uğrunda qan tökməyə hazırıq. Döyüş əməliyyatları günlərində bir daha ümidləndilər ki, biz haranı azad etsək də, Şuşada bayrağımızın dalğalanmasına nail ola bilməyəcəyik. Son üç ildə isə özləri-özlərini inandırmağa çalışırdılar ki, Şuşa ilə kifayətlənəcəyik”, – Milli Məclisin üzvü bildirib.

E.Allahverdiyev vurğulayıb ki, xalqın və ordunun lideri üçrəngli bayrağı Xankəndidə dalğalandıracağımıza söz vermişdi: “Biz də bu günün yetişəcəyinə inanırdıq. Bu gün bu inam artıq reallığa çevrilib və bütün dünya, o cümlədən düşmən də bununla barışıb, razılaşıb. 30 ildir “bu torpaqların sahibləri olduqlarını” deyənlər bizim diqtəmizlə dəyişən reallığı bir ayın içində qəbul etdilər və bu gün Azərbaycanla sülh sazişi imzalamaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Biz isə bir an olsun belə ədalətsiz düzənlə razılaşmadıq və sonda müstəqilliyimizi qoruduq, suverenliyimizi tam bərpa etdik, sərhədlərimizin bütövlüyünü təmin etdik. Fikrimcə, Zəfər Gününü bizim üçün əlahiddə doğma, dəyərli və qiymətli edən də məhz budur”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button