2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Zəngilan və Alıbəyli kəndlərinin ilkin konsepsiyası sakinlərə təqdim olunub

Zəngilan rayonunun Zəngilan və Alıbəyli kəndlərinin ilkin konsepsiyası sakinlərə təqdim olunub.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, Bakı şəhərində işğaldan azad edilmiş və yenidən tikintisi nəzərdə tutulan yaşayış məskənlərinin sakinləri ilə növbəti görüş keçirilib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilən görüşdə Zəngilan rayonunun Alıbəyli və Zəngilan kəndlərinin sakinləri iştirak edib.

Tədbirin məqsədi kəndin tarixi, mədəni irsi və sosial dəyərləri, digər özəllikləri barədə ətraflı məlumat toplamaq və onun ilkin konsepsiyasını sakinlərə təqdim etməkdir.

Həmçinin, görüşdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, onların istək və təklifləri dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button