2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Zal Yusifovun atasından Prezidentə şikayət edildi – MƏTN

“Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Zakir oğlu Yusifovun törətdiyi cinayət əməlləri nəticəsində zərər çəkmiş vətəndaşlar Prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova və ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıb.


Həmin müraciətin bir nüsxəsi Teleqraf.com-un redaksiyasına göndərilib.
Müraciətdə qeyd olunub ki, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmündə Zal Yusifova məxsus əmlakların cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi öz əksini tapıb: “Bu hökmdən maraqlı şəxs Zal Yusifovun atası Zakir Yusifov Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına mülki iddiaya aid hissədə verdiyi şikayət 12 fevralı 2016-cı il tarixdə təmin edilmətyib, Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb”.
Şikayətçilərin bildirdiyinə görə, Zakir Yusifov Bakı Apelyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib: “Zakir Yusifov bir müddət sonra şikayətini geri götürməklə ziyanın ödənilməsinə yönəldilmiş əmlakın auksionda satılıb, ziyan çəkmiş şəxslərə verilməsini süni surətdə gecikdirib.
O, ikinci dəfə Ali Məhkəməyə kasasiya şikayəti verib və məhkəmə günü, yəni 5 oktyabr 2016-cı il tarixində Zakir Yusifov yenə məhkəmədən şikayətini geri götürmək üçün xahiş edib. Məhkəmə xahişi təmin edib.
Biz zərərçəkmişlər başa düşə bilmirik ki, bu cür süni yollarla səbəbsiz olaraq məhkəmənin vaxtın uzadılması kimlərin maraqlarına hesablanıb”.
Zərərçəkmişlər sonda Prezident İlham Əliyevdən xahiş ediblər:
“Hörmətli Prezident, biz -zərərçəkmiş 100-dən çox ailə 9 ildir ki, işin istintaqını aparmış ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin istintaqları və məhkəmə instansiyalarında bəzi hakimlərin öz mənafelərini güdərək ədalətsiz və qanunlara uyğun olmayan qərarlar qəbul etmələri nəticəsində var-yoxumuzdan məhrum olmuşuq, min cür əzab və əziyyətlərə məruzqalmışıq.
Hazırda bu işə 3-cü dəfə Ali Məhkəmədə 1 fevral 2017-ci il tarixində baxış təyin olunub.
Sizdən xahiş edirik ki, 9 ildir çəkdiyimiz əzab-əziyyəti, eləcə də maddi və mənəvi vəziyyətimizin ağır olmasını nəzərə alaraq bu işlə əlaqədar yekun qərarın verilməsində bizə köməklik edəsiniz”.
Qeyd edək ki, Zal Yusifov “Texnikabank”ın Bakı filialının rəhbəri vəzifəsində işləyərkən 81 nəfərin milyonlarla pulunu mənimsəyib. O, 2008-ci ildə məhkum olunsa da, zərərçəkmişlərin əmanətləri hələ də qaytarılmayıb. Buna səbəb dələduz bankirin atası Zakir Yusifovun absurd yalanlarıdır.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib.
Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib.
Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, hakimlər şikayətin baxılmamış saxlanması barədə qərar qəbul ediblər. Bundan sonra iş yenidən apelyasiya instansiyasına qaytarılıb.
2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun iddiası əsassız olduğu üçün təmin edilməyib. Zakir Yusifov yenə də Ali Məhkəməyə kasasiya şikayəti verərək işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar qəbul etməyə nail olub.
Bu dəfə apelyasiya instansiyasında işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb və Zakir Yusifovun iddiası rədd edilib.
Dələduz bankirin atası iddia edir ki, guya mülklər ona məxsusdur və məhkəmələr Əmlak Komitəsinə müraciət ünvanlamayıb. Ali Məhkəmənin hakimləri də həmin komitəyə sorğu göndəriblər. Sorğuya cavab olaraq bildirilib ki, müsadirə olunması üçün nəzərdə tutulan mülklər Zal Yusifova məxsusdur.
Beləliklə, Zal Yusifovun atasının daha bir yalanı məhkəmədə ifşa edilib. Yalanlarının ifşa olunmasına baxmayaraq Zakir Yusifov yenə də şikayətçidir.
O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərarından kasasiya şikayəti verib.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button