2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Zelenski və Putin İlham Əliyevi təbrik edib

Ukrayna Prezidenti Volodimir Zelenski İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib.

Toplum TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti özünün “X” hesabında paylaşım edib:

“İlham Əliyevi yeni müddətə Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edirəm. Sizə Azərbaycan xalqının rifahı naminə gələcəkdə uğurlu və səmərəli fəaliyyət arzulayıram. Mən dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı qaydada dəstəyəklənməsini yüksək qiymətləndirirəm.

Saytların yığılması Saytlarin yigilmasi

Ölkəmizin azadlıq mübarizəsi apardığı tarixi bir dövrdə humanitar və digər yardımlara görə Azərbaycana minnətdarıq”.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna və Azərbaycan arasında strateji münasibətlərin daha da möhkəmlənəcəyindən əmindir.

Bu gün Rusiya Prezidenti Vladimir Putin də İlham Əliyevə zəng edərək onu təbrik edib.

“Dövlət başçıları müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər”, – rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, İlham Əliyevi yeni müddətə prezident seçilməsi münasibətilə Türkiyə, Çin, Macarıstan, Belarus, Qazaxıstan və s. ölkələrin dövlət başçıları da təbrik ediblər.

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button