2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Ziya Məmmədov vitse-prezidentlik yolunda

Nəqliyyat naziri Ziya Məmmədovun demək olar ki, bütün səlahiyyətləri əlindən alınsa da, özü vəzifədə saxlanıldı. Mətbuat bir müddət bu müəmmanı çözməyə çalışdı. Ortaya müxtəlif mülahizələr atıldı. Ziya Məmmədovun baş nazir olacağı, yaxud da baş nazirin müavini postuna təyinat alaraq nəqliyyat sahəsini kurasiya edəcəyi iddia edildi.

Amma Ziya Məmmədovun “vurulması” prosesindən bu yana ortaya atılan mülahizələr və iddiaların heç biri özünü doğrultmadı. Mətbuat da bütün bunları hakimiyyətin növbəti məntiqə zidd addımı kimi dəyərləndirərək tədricən Ziya Məmmədovu unutmağa başladı.

Bunu da oxu – Kəmaləddin Heydərov keçiriləcək referendumda hakimiyyətin qənimi olacaqmı?

Amma Ziya Məmmədovun portfelsiz nazir statusunda saxlanılmasının ciddi səbəbi var imiş. 24saat.org-a daxil olan məlumata görə, bu, hakimiyyət komandasında yeni yapılanma ilə əlaqədardır. Yeni yapılanmaya konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək Referendumdan sonra start veriləcək. Qurulacaq düzəndə Ziya Məmmədova da rol ayrıldığı iddia edilir. Məlumata görə, nəqliyyat naziri ölkənin vitse-prezidentlərindən biri ola bilər. Bildirilir ki, Ziya Məmmədovun iddiasız fiqur olması, mümkün qədər hakimiyyətdaxili ziddiyyətlərdən kənarda qalmağa çalışması, artıq əvvəlki kimi iqtisadi gücə malik olmaması onun vitse-prezidentlərdən biri olmaq şanslarını artırıb. Məlumatda deyilir ki, referendumdan sonra Nəqliyyat Nazirliyi ləğv edilməsi gözlənilir. Bununla bağlı artıq qəti qərar var. Nazirliyin yerdə qalan cüzi səlahiyyətləri müvafiq qurumlar arasında bölüşdürələcək.

Saytların yığılması Saytlarin yigilmasi

Ziya Məmmədovun Türkiyənin yeni baş naziri Binəli Yıldırımla, Rusiya prezidenti Vladimir Putinin köməkçisi İqor Levitinlə sıcaq münasibətlərinin olması da hakimiyyətin ideoloqlarının diqqətindən yayınmayıb. Bundan başqa, Ziya Məmmədov ABŞ prezidentliyinə namizəd Donald Trampla da işgüzar əlaqələrə malikdir.

Bütün bunlar nəqliyyat nazirini yeni görəvə yaxınlaşdıran mühüm amillərdir.

Bunu da oxu – Ziya Məmmədov villasını satdı  – Görüntü

 Bəzi iddialara görə, Ziya Məmmədov yaxın ətrafına da bu aylarda yeni vəzifəyə təyin olacağını pıçıldayıb. Bu iddia doğrudursa, o zaman Ziya Məmmədovun özü ilə bağlı planlardan xəbərdar olduğunu söyləmək olar. Bəlkə də elə bu səbəbdən mətbuat nəqliyyat nazirini bir müddət unutmaq istəyir…

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button