2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ziya Məmmədovun şəxsi təyyarəsini də əlindən aldılar

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov bugünlərdə daha bir zərbə alıb. Onun şəxsi təyyarəsini belə demək olarsa, müsadirə ediblər.

Ziya Məmmədovun “Gulf Stream” markalı şəxsi təyyarə aldığı 2012-ci ilin yayında bəlli olmuşdu. Azadliq.info o vaxt bu barədə xəbər vermişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Həmin dövrdə şəxsi təyyarə alması Ziya Məmmədova hakimiyyətin birinci şəxsi səviyyəsində tanınan üstün imtiyaz kimi qiymətləndirilirdi. Çünki maddi imkanı məmur-oliqraxların çoxuna şəxsi təyyarə saxlamaq imkanı versə də, hakimiyyətin yazılmamış qanununa görə, bunun üçün “ən yüksək səviyyədə” razılıq alınmalıdır.

İndi bəlli olur ki, səlahiyyətləri hissə-hissə əlindən alınıb hökumətdən qovulan Ziya Məmmədovun bu imtiyazı da ləğv edilib. Ondan şəxsi təyyarəsini “dinməz-söyləməz gətirib təhvil vermək” tələb olunub və tələb yerinə yetirilib. Aldığımız məlumata görə, daha Ziya Məmmədovun olmayan “Gulf Stream” Əliyevlər ailəsinə məxsus “Silkway” hava yolları şirkətinin anqarında saxlanılır.

Ziya Məmmədov şəxsi təyyarəni, o vaxtkı məlumatlara görə, özlərinə məxsus “ZQAN” (sonradan “GRAND”) holdinqin adına rəsmiləşdirmişdi. Deyilənlərə görə, təyyarədən son illərdə əsasən keçmiş nazirin oğlu Anar Məmmədov istifadə edirmiş.

Yeri gəlmişkən, aldığımız bilgilərə görə, Ziya Məmmədov “vurulandan” bəri onun və ailə üzvlərinin, o cümlədən oğlu Anar Məmmədovun əksər gəlirli biznesləri və əmlakları əllərindən alınmaqdadır.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button