Xəbərlər
Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaya çağırıb
Rəsmi Bakı isə Avropa Parlamentinin Azərbaycanla bağlı bu son qətnaməsini “əsassız” adlandırıb.
Avropalı deputatlar Avropa İttifaqını, onların təbirincə, ciddi insan haqları pozuntularına yol vermiş azərbaycanlı məmurlara qarşı sanksiyalara çağırıblar.
Rəsmi Bakı hesab edir ki, bu qətnamə Azərbaycandakı insan haqları ilə bağlı vəziyyəti təhrif edir.
Sanksiya çağırışları Azərbaycan və Aİ arasındakı münasibətləri “yalnız mürəkkəbləşdirir”, Azərbaycan XİN bildirib.