Vakansiya 2021
Bazar və Likvidlik Risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi / meneceri
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Risklərin idarəedilməsi departamenti, Bazar və Likvidlik Risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi / meneceri”vakansiyasını elan edirik.
Vəzifə öhdəlikləri:
- Bankın kapital, likvidlik, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün strategiyaların metodoloji qiymətləndirilməsi, təsdiqi və bazar riski limitlərinin müəyyən edilməsi;
- Bazar risklərinin idarə edilməsi üzrə daxili siyasət və prosedurların hazırlanması, dəstəklənməsi və icrasının təmin edilməsinə nəzarət;
- Bazar risklərinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
- Bazar risklərinin idarə edilməsi üçün erkən xəbərdarlıq sisteminin qurulması və prosedurların müəyyənləşdirilməsi;
- Bazar riskləri üzrə stress testlərin aparılması, Riskə məruz dəyər (Value at Risk) kimi risk göstəricilərinin hesablanması;
- Yerli və xarici banklarla valyuta əməliyyatları, müxbir hesab əməliyyatları, tələblər və digər bu kimi əməliyyatlarla bağlı limitlərin müəyyən edilməsi və mütəmadi olaraq nəzərdən keçirilməsi;
- Bank sektoruna makroiqtisadi faktorların təsirinin qiymətləndirilməsi, ölkədaxili bank sistemi üzrə təhlillərin aparılması;
- Bankda mövcud olan metodologiya və əsasnamələr əsasında risklər üzrə aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- İqtisadiyyat və ya Maliyyə sahəsində ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Microsoft Office proqramları üzrə biliklər (xüsusilə Excel və Power Point);
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dili yaxşı səviyyədə arzuolunandır;
- Liderlik və yüksək analitik bacarıqlar;
- Stresədavamlılıq və nəticəyönümlülük;
- Bank qanunvericiliyi və normativ sənədlər barədə biliklər.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Könüllü tibbi sığorta proqramına qoşulma
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
Siz elektron poçtun “mövzu” yerinə müvafiq filialı və “Bazar və Likvidlik Risklərinin idarəedilməsi üzrə baş mütəxəssis və ya menecer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz
CV yollamaq üçün bu linkə keçid edin – https://www.yelo.az/az/about-bank/career/vacancies/bazar-ve-likvidlik-vacancy/