2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətXəbərlər

Separatçı Fəxrəddin Abbasov Azərbaycanda saxlanıldı

DTX-nın məlumatına görə, o, Ermənistana casusluqda ittiham edilir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə barəsində həbs-qətimkan tədbiri seçilən Fəxrəddin Abbasov Bakıda saxlanılıb. 

24saat.org xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumat yayıb. 

F.Abbasov Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərdə təqsirləndirilir.

Saytların yığılması Saytlarin yigilmasi

14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində Bakı şəhəri Səbail rayon məhkəməsinin həbs qətimkan tədbiri seçilib. 
Məlumatda qeyd edilir ki, F.Abbasov Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə deportasiya edilib. Deportasiya ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsi qərar çıxarıb. Bu qərar icra olunarkən  F.Abbasov 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. O, istintaqa cəlb edilmişdir.
Hazırda Abbasov Fəxrəddinin Ermənistan Respublikasına səfərləri,

özünün də bildirməsinə görə Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti,

Ermənistan Respublikasında keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir.

1956-cı il təvəllüdlü, Fəxrəddin Abbaszadə 1993-cü ildə separatçı “Talış Muğan Respublikası”nın parlament sədri olub. 1994-cü ildə Azərbaycanı tərk edib.

2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın müvafiq qurmlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib.

Müxtəlif vaxtlarda Rusiya və Ermənistan televiziyalarında Azərbaycana qarşı çıxışları ilə yadda qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button